backend

KAMAZ ŞOFERLİYİNDƏN NEFTXUDALIĞA

SOCAR PETROLEUM-un Bərdədəki 5 nömrəli neft terminalı bazasının müdiri Hacı Hacıyev qanunu da,Allahı da saymır.Heç olmasa ad-soyadından utanıb insafla işləsin.Axı eşitdiyimizə görə o da əvvəllər zəhmətlə çörək yeyib,KAMAZ şoferi olub,yük daşıyıb.Heç olmasa keçmişini xatırlayıb nahaq iş görməkdən çəkinsin. Ərazidə bir neçə rayona xidmət edən bu müəssisənin rəhbərindən şikayət var. Tərtər rayonunun Köçərli kəndi ərazisində,Bərdə,Ağdam,Tərtər,Ağcabədi dördyolunda yerləşən yanacaqdoldurma məntəqəsinin müdiri Səfərov Əhməd Sabir oğlu bizə ünvanladığı müraciətində SOKAR PETROLEUM QÇS 5 nömrəli Bərdə neft terminalı bazasının müdiri,Allaha bəndəlik etməyən,əməkdaşlıq etdiyi insanlarla qarşı haqsızlıq edən Hacıyev Hacı və iş içraçısı Həsənov Əvəz adlı şəxslərdən şikayət edir.Beləki,şikayətdə göstərilir ki,yuxarıda adı gedən bazanın məsul işçiləri müqavilədə imzalanmış şərtlərə və müddəalara əməl etmirlər və üzərlərinə düşən öhdəlikləri icra ermitlər.Əhməd Səfərova limitində göstərilən qədər və bəzən də tamamilə məhsulu verməkdən imrina edirlər.

Müqavilədə göstərilir ki,alıcı qəbul etdiyi məhsulu satıcının neft terminalı bazasından daşınmasını öz nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirir. Onlar müqavilədə qeyd edilmiş bu maddənidə pozurlar.Şikayətçinin dediyinə görə təhlükəli yüklərin daşınmasını həyata keçirən,lisenziyası mövcud olan nəqliyyat vasitəsi olsa da,satışı həyata keçirən baza buna icazə vermir. Səfərov Əhməd deyir: "Bunun da məlum səbəbləri var.Bazadan aldığım məhsul mənə aid olan nəqliyyat vasitəsi ilə yox,özlərinə məxsus olan nəqliyyat vasitəsi ilə həyata keçirilir.Əslində məhsulu aparan maşın blomplanmalı və çatdırıldığı ünvanda blomp açılmalıdı.Təbii ki,onlar mənfəət əldə etmək üçün oz maşınları ilə gətirdikləri məhsulun içinə su qatırlar və bununlada məhsulun keyfiyyətini aşağı salırlar və mənə maddi ziyan vurmaq istəyirlər.Onlar bu cür hərəkətləri ilə mənə qarşı qərəzli və ədalətsiz bir mövqe tuturlar.Bazanın rəhbərlyi tərəfindən mənə qarşı edilən haqsızlığın günahsız qurbanına çevrilirəm .Mən nə qədər səbrli davransam da onlar məni və mənim əməyimi istismar etməyə çalışırlar.Bizə həmişə doğruya zaval yoxdu deyiblər.Mən də bunu qəbul etmişəm və çalışmışam ki,hər işimdə doğru-dürüst olum və buna da nail olmuşam.Bilmirəm bəlkə də,onlar mənə qarşı etdiklərini anlayıb,yəqin ki,nə zamansa ləyaqət hisslərini bərpa edəcəklər.Həyatda ən böyük hakim allahdı və ən böyük qərarları da,Allah verir."Gördüyünüz kimi Hacı müəllim kreslosundan,möhür-ştampından sui-istifadə edərək sahibkarlığa mane olur,müqavilə şərtlərini yerinə yetirmir.Şikayətçi belə deyir.Əgər Hacı Hacıyevin bu məsələ ilə bağlı deyəcəyi varsa,biz qarşı tərəf kimi onun mövqeyini də əks etdirməyə hazırıq.Bizim məqsədimiz problemin həllinə nail olmaq və qanun pozuntusunun qarşısını almaqdır.


SOCAR PETROLEUM-un Bərdədəki 5 nömrəli neft terminalı bazasının müdiri Hacı Hacıyev qanunu da,Allahı da saymır.

Heç olmasa ad-soyadından utanıb insafla işləsin.

Axı eşitdiyimizə görə o da əvvəllər zəhmətlə çörək yeyib,KAMAZ şoferi olub,yük daşıyıb.
Heç olmasa keçmişini xatırlayıb nahaq iş görməkdən çəkinsin.
Ərazidə bir neçə rayona xidmət edən bu müəssisənin rəhbərindən şikayət var.
Tərtər rayonunun Köçərli kəndi ərazisində,Bərdə,Ağdam,Tərtər,Ağcabədi dördyolunda yerləşən yanacaqdoldurma məntəqəsinin müdiri Səfərov Əhməd Sabir oğlu bizə ünvanladığı müraciətində SOKAR PETROLEUM QÇS 5 nömrəli Bərdə neft terminalı bazasının müdiri,Allaha bəndəlik etməyən,əməkdaşlıq etdiyi insanlarla qarşı haqsızlıq edən Hacıyev Hacı və iş içraçısı Həsənov Əvəz adlı şəxslərdən şikayət edir.
Beləki,şikayətdə göstərilir ki,yuxarıda adı gedən bazanın məsul işçiləri müqavilədə imzalanmış şərtlərə və müddəalara əməl etmirlər və üzərlərinə düşən öhdəlikləri icra ermitlər.

Əhməd Səfərova limitində göstərilən qədər və bəzən də tamamilə məhsulu verməkdən imrina edirlər.
Müqavilədə göstərilir ki,alıcı qəbul etdiyi məhsulu satıcının neft terminalı bazasından daşınmasını öz nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirir.

Onlar müqavilədə qeyd edilmiş bu maddənidə pozurlar.Şikayətçinin dediyinə görə təhlükəli yüklərin daşınmasını həyata keçirən,lisenziyası mövcud olan nəqliyyat vasitəsi olsa da,satışı həyata keçirən baza buna icazə vermir.
Səfərov Əhməd deyir: "Bunun da məlum səbəbləri var.

Bazadan aldığım məhsul mənə aid olan nəqliyyat vasitəsi ilə yox,özlərinə məxsus olan nəqliyyat vasitəsi ilə həyata keçirilir.
Əslində məhsulu aparan maşın blomplanmalı və çatdırıldığı ünvanda blomp açılmalıdı.

Təbii ki,onlar mənfəət əldə etmək üçün oz maşınları ilə gətirdikləri məhsulun içinə su qatırlar və bununlada məhsulun keyfiyyətini aşağı salırlar və mənə maddi ziyan vurmaq istəyirlər.
Onlar bu cür hərəkətləri ilə mənə qarşı qərəzli və ədalətsiz bir mövqe tuturlar.
Bazanın rəhbərlyi tərəfindən mənə qarşı edilən haqsızlığın günahsız qurbanına çevrilirəm .
Mən nə qədər səbrli davransam da onlar məni və mənim əməyimi istismar etməyə çalışırlar.
Bizə həmişə doğruya zaval yoxdu deyiblər.

Mən də bunu qəbul etmişəm və çalışmışam ki,hər işimdə doğru-dürüst olum və buna da nail olmuşam.
Bilmirəm bəlkə də,onlar mənə qarşı etdiklərini anlayıb,yəqin ki,nə zamansa ləyaqət hisslərini bərpa edəcəklər.
Həyatda ən böyük hakim allahdı və ən böyük qərarları da,Allah verir."

Gördüyünüz kimi Hacı müəllim kreslosundan,möhür-ştampından sui-istifadə edərək sahibkarlığa mane olur,müqavilə şərtlərini yerinə yetirmir.
Şikayətçi belə deyir.Əgər Hacı Hacıyevin bu məsələ ilə bağlı deyəcəyi varsa,biz qarşı tərəf kimi onun mövqeyini də əks etdirməyə hazırıq.
Bizim məqsədimiz problemin həllinə nail olmaq və qanun pozuntusunun qarşısını almaqdır.

Qaynarxett.az