
Səslənən ittihamlarla bağlı görülən işin sifarişçisi olan Yaşar Məlikovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun Tural adlı mühafizəçisi bizə bildirdi ki, Yaşar müəllim ölkədə deyil, hazırda xarici dövlətlərdən birində müalicə alır. Sonakı zənglərimizə cavab verən Yaşar Məlikovun Rəfael adlı qohumu isə bütün bu məsələlərlə bağlı danışmaq səlahiyyətinin vəkil Fikrət Səfərova verildiyini bildirdi. Azinforum. az həmin vəkillə də əlaqə saxlayıb. Fikrət Səfərov öz növbəsində hüquqlarını müdafiə etdiyi Yaşar Məlikovun sahibkarlara heç bir borcunun olmadığını bildirib.
Xalqxeber.az bütün tərəflərin mövqeyini əks etdirən videoreportajı təqdim edir: