backend

“Azərlotereya” ASC-nin ƏMANƏTƏ XƏYANƏTİ... - Başqa cür ola da bilməz...

 “Azərlotereya” ASC-nin "Əmanətə sədaqət" layihəsi... maraqla qarşılanır. DİA.AZ bildirir ki, bunu verilən reaksiyalardan da görmək olar. Artıq sosial şəbəkələrdə "Azərlotoreya"nın layihəsinin adı ilə bağlı ironik müzakirələr yer almaqdadır.

“Azərlotereya” ASC-nin ƏMANƏTƏ XƏYANƏTİ...

DİA.AZ-ın baş redaktoru Məhəmməd Ərsoy da "Azərlotoreya"nın yeni layihəsini aşağıdakı kimi şərh edib:

"Məncə hörmətli “Azərlotereya” rəhbərliyi layihələrinin adını təsadüfən seçməyib.
İlk olaraq əslində yaranan təəssürat ƏMANƏTƏ XƏYANƏTdir. Yəni hətta "Əmanətə sədaqət" deyiləndə belə ƏMANƏTƏ XƏYANƏT assosasiyası doğurur...
Və təsadüfi deyil... Hər halda, kimsə “Azərlotereya”dan sədaqət gözləmir.
Küçələrimizi qumarxanaya çevirib onsuz da kasıb olan əhalinin son ümidləri ilə də oynayan və nəticədə məhz yetim-yesirdən oğurlanan milyonlar hesabına sərvət quran “Azərlotereya”dan SƏDAQƏT gözləmək ağılsızlıqdır..."

İddia olunanlarla əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...