backend

Müğənni Alişan: "Ağıllanmayacaqlar, şərəfsizcəsinə hücum ediblər" - FOTO

Türkiyənin məşhur müğənnisi Alişan da digər həmkarları kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatla bağlı sosial şəbəkədə paylaşım edib.

Musavat.com bildirir ki, sənətçi səhifəsində qeyd edib:

“Can Azərbaycan. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ermənilər ağıllanmırlar və ağıllanmayacaqlar. Sülhü və atəşkəsi fürsət bilib yenə şərəfsizcə hücum ediblər. Artıqlaması ilə cavab verilir, veriləcək də”