Bir neçə gündür ki, Azercell mobil operatorundan kütləvi narazılıqlar var. Xatırladaq ki, keçən günlərdə DİA.AZ olaraq gundeminfo.az-a istinadla xəbər verdik ki, bu barədə sosial şəbəkədə xeyli insan narazılıq edib. İstifadəçilər qeyd edirlər ki, bir neçə gündür ki, Azercell mobil operatorunun abunəçiləri balanslarına vəsait yükləsələr də həmin vəsaitlər hesabda görünmür.
YAZISI BURADA: Bir gün `Azercell`in kartını QIRIB ATACAQLAR... - TOTAL NARAZILIQ
Bu dəfə isə DİA.AZ-a daxil olan müraciətdə şikayətçi düşən "Azercell" abunəçilərini əsas gileyi bu mobil opreatorun internet xidmətini keyfiyyətsizliyindəndir.
Redaksiyamıza yazan tanınmış jurnalistlərdən biri (adının çəkilməməsi şərtilə) qeyd edir: ""Azercell"in interneti elə bil köhnə arabanı, ya da tısbağanı xatırladır. Elə bil bu inkişaf-filanın "Azercell"ə aidiyyatı yoxdur.
Əvvəllər necə ki internetə qoşulanda köhnə vaxtlarda modem səs çıxarardı, cüyültü-filan gələrdi.... İndi də "Azercell" elədir. Tək çatmayanı telefonumuzun "Azercell"in internetinə qoşularkən cüyüldəməsidir... Bir azdan telefonumuz dilə gələcək..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırq...