backend

Abxaziyada müxalifət prezidentlə danışıqları dayandırdı

Abxaziya müxalifəti prezidentlə danışıqları dayandırıb.

Globalinfo.az xəbər verir ki, bunu müxalifətçi deputat Kan Kvarçia deyib.

Siyasətçi bildirib ki, müxalifət indi öz qüvvələrini artırmaq niyyətindədir.

Bundan əvvəl müxalifət nümayəndəsi Levan Mikaa hazırkı prezident Aslan Bjaniyaya ultimatum verilməsindən danışıb. Onun sözlərinə görə, dövlət başçısının bir saat ərzində istefaya getməsi tələb olunur.

Öz növbəsində, Bjaniya bildirib ki, o və digər dövlət rəsmilər işlərini davam etdirəcəklər. Respublika başçısı vətəndaşları təxribatlara uymamağa çağırıb.