backend

Kimlərinsə "milcəkdən fil düzəltmək" EŞQİ... - Foto

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən KİV istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır.Xüsusilə sosial mediada blogerlər müasir texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdırlar. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma-filan aparmadan, qeyri ciddi yazılar yayımlayıb özünü cəmiyyətə operativ və qərəzsiz bloger kimi sırıamaq istəyənlər də var. 

Bütün bu gülünc hücumlarda, qərəzli acıqlamalarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə acıqlamaların qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada "alim" olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı, əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq, qərəzsizlikdən söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon valı kimi eyni mövzunu təkrarlayan "blogerlər" isə hələ də yeni hec nə araşdırıb ortaya qoya bilmirlər. Halbuki, həmin çeynənmiş acıqlamalarda göstərilən şər və böhtan xarakterli məlumatlar "Əsmanur" Tədris İnkişaf Mərkəzinin direktoru İlahə Əliyevanın haqqında iftira və böhtanlar kimi məhkəmə predmeti ola bilər.

Bəli, dünəndən bir blogerin paylaşımı ölkə KİV-lərinin gündəminə cevrilib. Güya Yasamal rayonunda yerləşən "Əsmanur" özəl uşaq bağçasında uşaqlara "Ketotifen" dərmanının verildiyi iddia olunur. Sosial şəbəkədə yayılan iddiaya görə, valideynlərdən bəzilərinin övladlarının qanlarında analiz zamanı həmin dərman aşkarlanıb.

Mövzu ilə bağlı biz də araşdırma apardıq. "Əsmanur" Tədris İnkişaf Mərkəzinin direktoru İlahə Əliyeva bildirdi ki, sözügedən iddia yalandır: "Həmin məlumatı bloqerlərdən biri paylaşıb. O, ötən cümə axşamı bağçaya gəlib, təpiklə qapını açıb. Bağçanın müəlliməsi buna əsəbiləşib və aralarında anlaşılmazlıq yaşanıb. Bloqer də deyib ki, mən sizi səhifəmdə paylaşıb rüsvay edəcəyəm. İddia edib ki, uşağı çox yatır. Gedib analiz verib, lakin uşağın qanında heç nə çıxmayıb".


İlahə müəllimə bildirdi ki, qeyd olunan məsələ ilə bağlı kamera görüntüləri də var. "Həmin bloqer ilə söhbət aparmışıq. Onun uşağı iki ildir ki, bizim bağçada təhsil alır. Bununla bağlı polisə də şikayət vermişdi, geri götürüb. Yanlış etdiyini boynuna alıb, üzr istəyib. Bununla bağlı yalan məlumat yazanlar barəsində də lazımi tədbir görüləcək".


"Əsmanur" Tədris İnkişaf Mərkəzinin direktoru İlahə Əliyevanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o vətəni, dövləti, xalqı uğrunda calışan əqidə adamıdır. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, nümunəvi təşkilatcı- rəhbər "Əsmanur" Tədris İnkişaf Mərkəzinin direktoru İlahə Əliyevadır.

...Bu gün Yasamal rayonunda onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər illərdir ki, bu adamı harada işləməyindən asılı olmayaraq peşəkar kadr kimi məşğul olduğu sahələrdə, ictimai-siyasi prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

"Əsmanur" Tədris İnkişaf Mərkəzinin direktoru İlahə Əliyeva həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan redaqoqlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək İlahə xanımın həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

... İlahə Əliyeva calışdıgı sahədə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

...Mübaliğəsiz demək olar ki,  İlahə Əliyeva fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə borc bilən bir ziyalı kimi tanınır.


Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, "Əsmanur" Tədris İnkişaf Mərkəzinin direktoru İlahə Əliyeva xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir.

Tam səmimiyyətlə demək istəyirik ki, "Əsmanur" Tədris İnkişaf Mərkəzinin direktoru İlahə Əliyevanın bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, onun barəsində şər və böhtan xarakterli acıqlama yayan "blogerlərə" xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yaydırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yayılanlarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə acıqlamalara dodaq büzür və sifariş adlandırırlar.

Yayılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yayılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə milcəyi filə döndərmək bu adamlar üçün peşəyə çevrilib, indi də nala-mıxa vurub "Əsmanur" Tədris İnkişaf Mərkəzinin direktoru İlahə Əliyevanın görüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun! Utanın cənablar, utanın!/BİA.az/






Qaynarxett.az