backend

Prezidentə göndərilən məktublar gedib “xan”a çıxırmış – Süleyman İsmayılovun sayəsində

Bu zamanadək Naxçıvan camaatının şikayətlərinin Prezident İlham Əliyevə çatdırılmasının qarşısının alınmasının əsl səbəbkarı məlum olub.

Ovqat.com-un məlumatına görə, bu şəxs Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov imiş.

Bildirilir ki, Naxçıvandan gələn bütün şikayət məktubları birbaşa Süleyman İsmayılovun əlinin altından keçdiyindən bu adam Prezidenti məlumatlandırmaq əvəzinə məktubları Naxçıvan MR Ali Məclisinin sədrinə göndərib. Vasif Talıbovun “Gestapo” aparatı isə “şeytan” adlandırdıqları şikayətçilərə amansız divan tutub. Bəzi şikayətçilərinin hətta dəlixanaya salındığı belə qeyd olunur. Beləcə, Naxçıvanda şikayətçilərə qarşı həyata keçirilən repressiya siyasəti Muxtar Respublika əhalisinin tamamilə sındırılması ilə nəticələnib.

İddia olunur ki, Naxçıvanlı şikayətçilərin bəziləri “kiçik torpaq”dan göndərilən məktubların elə “beşikdəcə doğulduğuna inandığından Bakıya, İrana səfər edib ərzi-gileylərini ordan yola salmaq məcburiyyətində qalıblar. Orta əsrlərdəki ünvanına heç cür çatmayan “Həzrət Abbas” məktubları kimi. Maraqlıdır ki, həmin “Həzrət Abbas məktubları” birdən-birə Vasif Talıbovun masasının üzərində peyda olurmuş və amansız repressiyalara start verilirmiş.

Əslən Nehrəm kəndindən olan Süleyman İsmayılovun Ramiz Mehdiyevə bağlı şəxs olduğu bildirilir. Naxçıvan sakinlərinin iradəsinin sındırılması əmrinin də birbaşa Ramiz Mehdiyevdən gəldiyindən şübhələnilir.