backend

Türkiyədəki terrorla bağlı bu görüntü İranla İsraili qarşı-qarşıya qoydu – FOTO/VİDEO

İstanbulda baş verən bombalı hücumla bağlı İran və İsrail mediasında diqqətçəkən xəbərlər yayımlanıb.

Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, “IRNA” terror aktını həyata keçirən qadının yanında yeriyən 2 nəfərin israilli olduğunu yazıb. Agentlik həmin 2 qadının İsrail ordusunda xidmət etdiyini, hücumun arxasında da bu ölkənin olduğunu iddia edib.
İsrail mediası isə İranın bu iddialarını dərhal təkzib edib. Ölkənin ən çox oxunan qəzetlərindən “Yedioth Ahronot” görüntülərdəki qadınların Türkiyəyə tətil üçün getdiklərini və artıq ölkəyə geri qayıtdıqlarını yazıb.
Qəzetin xəbərinə görə, Or Atedgi və Natali Svissa adlı 2 qadın terrorun qurbanı olmaqdan təsadüfən xilas olub.
“Or və Natali 8 israilli qadınla istirahətdə idi. Tətilin son gününü alışverişə ayırıblar. Onlar fərqində olmadan terrorçu mağazanın önündə dayanan həyat yoldaşımla bacımın yanından keçib. Bəlkə də cəmi 50 metr sonra bombalı hücumu həyata keçirib”, – deyə Or Atedginin həyat yoldaşı yerli mediaya verdiyi açıqlamada deyib.