backend

“Kamaz” sürücülüyündən iş adamına çevrilən “Ac qoçaq” - Baş redaktordan İLQAR HACIYEVİN ŞANTAJLARINA REAKSİYA

Zakir Qaralovun Baş Prokuror olduğu 20 il ərzində onun şəxsi şirkəti olan Akkord haqqında bu ölkədə yaşayan hər kəs bilməmiş deyil.

Təbii ki, ölkənin baş prokuroru vəzifəsini tutan Zakir Qaralov şirkətini özü idarə edəsi deyildi və əhməddən, məmməddən birini, yaxud da İlqar Hacıyevi ora rəhbər təyin etməli idi.

Azərbaycan reallığında hakimiyyətdə yüksək vəzifə tutan birinə bağlı olmayan heç bir iş adamı dövlətin yol-körpü tikintisində, yaxud da başqa çoxmilyonluq layihələrində ola bilməz.

Son zamanlar mühacir mediada özünü hakimiyyət tərəfindən müflis edilmiş iş adamı kimi təqdim edən “Akkord”un keçmiş icraçı direktoru İlqar Hacıyevin şantaj xarakterli çıxışları yayılmaqdadır.

Sən demə Azərbaycana milyonlarla sərmayə gətirib, pul qazanan bu adamın varidatını sonradan əlindən alıblar.

Halbuki, hər şey əksinədir…

İlqar Hacıyevi tanımayanlar haqqında onu qeyd edək ki, adam Bakıya həmişə “Kamaz” sürücüsü kimi gəlirmiş.

Sonradan özünə daşıma firması yaradan İlqar Hacıyev bir neçə “Kamaz” alır. Müxtəlif vasitələrlə gürcüstanlı kimi Zakir Qaralova kanal tapan Hacıyev onunla müəyyən iş birliyi qurur.

Qaralovun etimadını qazanan bu şəxsə Baş Prokuror öz ətrafında ” Ac qoçaq” deyə ayama da qoşubmuş. Baş Prokurorun nəzərində Hacıyev qoçaq, iş yaradan adam obrazı formalaşdırıb.

Ölkədə tikinti bumunun başladığı dövlərdə Baş Prokurorun telefon zəngləri ilə çoxmilyonluq tenderlərə girən “Akkord”un qazancından təbii ki, “Ac qoçaq”a pay çatırmış.

“Kamaz” sürücülüyündən iş adamına çevrilən “Ac qoçaq”

Beləliklə, Qaralovun adamı kimi Rusiyanın da iş dairələrinə daxil olan İlqar Hacıyev yəhudi əsilli biznesmen Qod Nisanovla da ünsiyyətə girir.

Moskva ətrafında torpaq sahəsi alan İlqar Hacıyev tikinti işləri zamanı Qod Nisanova xeyli pul “atır”. Ancaq bunun üstü çox sonradan açılır.

Söhbət 50 milyon dollardan gedir. Bu barədə daha geniş materialı təqdim edəcəyik.

Həm Azərbaycanda, həm də Rusiyada ona həvalə olunan işlərin təftişi zamanı məlum olur ki, İlqar Hacıyev birgə çalışdığı adamlara xəyanət edib.

Belə olan halda onun həmin oğurluqlar hesabına əldə etdiyi əmlakların əlindən alınması da gözlənilən idi.

İlqar Hacıyevin iş adamı deyil, başqalarının işinin icraçısı olduğuna bircə sübut kifayyət edir ki, o heç zaman özünü sahibkar kimi təqdim eləməsin.

Söhbət bir neçə il bundan əvvəl dünyanın məşhur “Forbes” jurnalında İlqar Hacıyevin adının milyarderlər siyahısında çəkilməsi və bir gün sonra siyahıdan çıxarılmasından gedir.

Xatırladaq ki, həmin “Forbes” jurnalında Azərbaycan əsilli iş adamı, milyarder İlqar Hacıyevin uğurları haqda material dərc olunub. Lakin yazı bir gün sonra jurnalın saytından xüsusi qeydlə çıxarılıb.

“Kamaz” sürücülüyündən iş adamına çevrilən “Ac qoçaq”

Bu, Forbes-də ilk presedent idi. Yazının çıxarıldığı səhifədə isə yalnız redaktorun bu qeydi görünürdü: “Bu səhifə artıq aktiv deyil. Narahatlığa görə təəssüflənirik”.

Pərviz Həşimli
Gununsesi.info-nun baş redaktoru