DTX-nın əməliyyatına zərurət yarandı: İcra hakimiyyətinin əməkdaşı 20000 min tələb edir – ŞOK FAKTLAR
Son illər yerli icra hakimiyyətlərində aparılan araşdırmalar bir daha sübüt edir ki, tələb edilən rüşvət bir başa icra hakimiyyətinin başçısı tərəfindən “qüvvəyə minir”. GündemXeber.az saytına daxil olan müraciətlərdən biri də məhz bu cür məmur özbaşınalıqlarından və rüşvət tələb hallarından xəbər verir. Belə ki, Nəsimi rayonunda fəaliyyət göstərən kafelərdən biri (adı şərtdir) həyatyanı sahəsində köhnə “palatka”dan yığılmış kabineti sökmək və onu müasir üsulla şüşəli profillə yığmaq üçün rayon icra hakimiyyətinə şifahi müraciət edir. İcra hakimiyyətinin əməkdaşı Kamran adlı şəxs kafeyə gələrək həmən yerə baxış keçirmişdir. Onu da nəzərinizə çatdıraq ki, baxış zamanı həmən palatkanın fotoları da lentə alınıb. Təbii ki, Kamran söz sahibi deyil və arada “gül aparıb, gətirəndir”. Məsələ ilə bağlı bir müddət susqunluq höküm sürsə də yenidən icra hakimiyyəti ilə telefon əlaqəsi yaratdıq. Təklif olundu ki, kafenin sahibi Nəsimi rayon icra hakimiyyətinə təşrif büyürsün.