backend

Zaqatalada QANUNSUZLUQ: Aşagi Talada "Sabirin Topdansatış Məntəqəsi", Danacıda isə Molaciyevin marketləri

Zaqatala rayonunun Aşagi Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimal-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan Əli Bayramlı kəndi ilə həmsərhəddir. Kəndin əhalisi 7 min nəfərə yaxındır, əsasən azərbaycanlılardır. Kənd əhali əsasən əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqla məşguldur. Kəndin ümumilikdə müəyyən ugurları olsa da burada bəzi qanunsuzluqlar da hökm sürür. Məsələn, kənddə hamının "Sabirin Topdansatış Məntəqəsi" adlanandırdıqları müəssisəsi. Məntəqənin böyük depoları oldugu vurgulanır. Sahibi isə Əliyev Sabır Ramazan oğludur.

Qanunpress.com.az xəbər verir ki, Sabir Əliyevi nəinki Aşagı Talada, bölgədə belə hamı "baron" kimi tanıyir. Nəinki Topdansatış Məntəqəsində, böyük fermasında belə işcilərlə hec bir müqavilə baglamır. Topdansatış Məntəqəsində kassa aparatı yoxdur. İllərdir beləcə qanunsuzluqlara qol qoya-qoya, varlı-hallı milionerə cevrilib. Bu adam o qədər harınlayıb ki, dövlət qurumlarını belə tanımaq istəmir. Cox yəqin ki, arxasında dayananlara güvənir. Bunu Zaqatala Ərazi Vergilər İdarəsinin rəisi Pərvin Əhmədov yaxşı bilər. Kassa aparatı olmadan topdansatış kimi böyük ticarətlə necə məşgul olmaq olar? Bunun vergi nəzarəti var, yoxlaması var, polisi, prokuroru, filan, bəsməkan...
Danacı kədi sakini Molaciyev Amulah Mohuma oğlunun isə kənddə iki marketi fəaliyyət göstərir. Öyrəndik ki, hər iki marketə məhsulları Sabir Əliyev verir. Kənd əhalisi deyir ki, hamısı xarab mallardı, sadəcə etikasini və tarixini dəyişərək satişa buraxırlar. Marketlərin hec birində kassa aparatı yoxdur, alıcılara cek verilmir. Görəsən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin region bölməsinin rəhbərləri nə işlə məşguldur? Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) beləmi məşgul olurlar? Bir də Zaqatala Ərazi Vergilər İdarəsinin rəisi Pərvin Əhmədova demək istəyirik ki, hec olmasa bir dəfədə olsa yolunu Danacı kədinə salsın. Bizdən deməkdi.

Qanunpress.com.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Vüqar Rəcəboğlu,
Qanunpress.com.az