backend

Daha “Su aydınlıq deyil”, Şöhrəddin Verdiyevlikdir… – Saxta diplomlu Şöhrəddin Verdiyev Gəncə camaatını su ilə imtahana çəkir…

Su itmir ee…Niyazi Bayramovun, Köçərli Hüseynovun, Şöhrəddin Verdiyevin  ciblərinə axır…

Müdriklərimiz  su ilə bağlı o qədər dəyərli sözlər deyiblər… Məsələn, “Su aydınlıqdır..” Ən ucuz məhsul haqqında…”Su qiymətinə..”  deyiblər… Amma daha su aydınlıq deyil, suyun başında daha nağıllarda olan kimi  5 başlı əjdahalar deyil, Köçərli Həsənovlar, Şöhrəddin Verdiyevlər oturub və camaatı su ilə imtahana çəkirlər.
Bəli, bu gün “Su qiymətinə ucuz…”  ifadəsi  gülməlidir, suyun qiyməti ceyran belinə qalxıb, suyun hesabına Londonda, Parisdə milyonluq mülk alanlar var… Yəni SU ilə bağlı düşüncələrimiz dəyişməlidir. Su idarəsi deyəndə hamı fikirləşir ki, orada nə var ee…sudur dəə…
Biz bu yazıda “Gəncə Sukanalı” TSC-nin direktoru Şöhrəddin Verdiyevin timsalında SU-da olan korrupsiya və rüşvət hallarına nəzər salacağıq. Bu məqamda  bir məsələyə nəzər salaq. Su ilə bağlı cənab Prezidentimiz müşavirədə 40-50 faiz su itkisindən danışdı və dedi ki, bu itkinin arxasında mənimsəmələr var. Düzdür, cənab Prezident  bu sözləri  Azərmeliorasiya və Su təssərüfatı  ASC haqqında demişdir.  Amma nə fərqi ..?
Azərsu ASC-də eyni bərbad durumdadır…. Bu qədər su itkisi olar..?
2011-ci ildən bu yana Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına hər il milyonlarla vəsait sərf olunub. Bəs bu pullar hara gedib..?
Bu gün Gəncə sakinləri gölməçələrdən  su yığıb istifadə edirlər, yaxud  maşınla su alırlar…
Ölkənin ikinci böyük şəhəri olan  Gəncənin kanalizasiya sistemi normal işləmir, bir az yağış yağan kimi şəhərin küçələrində gölməçələr əmələ gəlir. Şöhrəddin Verdiyev  artıq  üçüncü ildir ki,  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun  xeyir-duası ilə  vəzifəyə təyin edilib. Təsəvvür edirsiniz, Şöhrəddin  Verdiyev Gəncə şəhərində yeni salınan yaşayış massivlərindəki abonentlərə su və kanalizasıya sistemlərinə qoşulması üçün texniki şərtləri özünün müəyyən etdiyi rüsumla verir. Şöhrəddin Verdiyevin işçiləri Gəncə şəhərində bütün avtoyuma məntəqələrindən də aylıq haqq alırlar. Onun işçiləri Gəncədəki restoran və digər iaşə obyektlərindən də suyun sərfiyyatını az göstərmək müqabilində aylıq haqq alırlar. İndi gördünüzmü,  40-50  faiz su itkisi nə deməkdir..?
Su itmir ee….Niyazi Bayramovun, Köçərli Hüseynovun, Şöhrəddin Verdiyevin ciblərinə axır… Gördünüzmü, Şöhrəddin Verdiyev Nazirlər Kabinetinin müəyyən  elədiyi texniki şərtlərə aid rüsumları bir kənara tullayıb özü rüsumlar müəyyən edir. İtki adı ilə silinən sular, “moyka”lara, restoran və kafelərə gedir.
Məlumat üçün onu da qeyd edək ki, “Gəncə Sukanalı” Törəmə Səhmdar Cəmiyyəti  uzun illər şəhərin sabiq icra başçısı  Elmar Vəliyevin təsiri  altında  olub. Elmar Vəliyevdən sonra dəfələrlə “Gəncə Sukanal”  TSC-nin rəisləri dəyişdirilib, hətta  Gəncə Şəhər  Su Kəməri Trestinin rəisi olan Vaqif Xəlilovu da bu TSC-yə rəis təyin ediblər, amma 45 gündən sonra  yeyintiyə, mənimsəməyə görə, vəzifəsindən çıxardıblar və onun müavini Şöhrəddin Verdiyevi  TSC-yə rəis təyin ediblər. Şöhrəddin Verdiyev təkcə SU-dan pul qazanmır ee, mazutdan, yanacaqdan, “zapçast”dan, hər şeydən pul qazanır. Belə ki, “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin balansında olan nəqliyyat vasitələrindən də pul çıxarır. İdarədə onun göstərişi ilə xidməti minik və yük avtomobillərinə, xüsusi texnikalara gündəlik normadan artıq yanacaq yazılaraq silinir. Eyni zamanda sözügedən avtomobillərə və xüsusi texnikalara ehtiyyat hissələrinin alınmasından, təmirindən də pul çıxarır Şöhrəddin Verdiyev.
Bütün bunlar azmış kimi, Allah qoymasa, indi də  ölkə mediasının yazdığına görə, məlum olur ki, Şöhrəddin Verdiyevin  ali təhsil diplomu saxta imiş. Görəsən, Azərsu  ASC-nin rəhbərliyi kadrı təyin edəndə baxmırdı ki….Məşədi İbad demişkən, bu hansı yuvanın quşudur…
Görəsən Azərsu ASC  öz kadrları arasından bir normal kadr  tapıb “Gəncə Su-kanal” Törəmə Səhmdar Cəmiyyətinə rəis təyin edə bilmir. Bu gün  o qədər  ali təhsilli kadrlarımız var ki, iş tapa bilmir. Mütləq saxta diplomla rəis olmalıdır..?
Gəncə sakinləri onları su ilə imtahana çəkən  “Gəncə Su Kanal” Törəmə Açıq Səhmdar Cəmiyyətinin sədri Şöhrəddin Verdiyevin qanunsuz əməllərini və diplomunun  saxta olub-olmadığının araşdırlmasını  Baş Prokurorluq yanında Korrupsiya İdarəsindən, Maliyyə Nazirliyindən tələb edirlər.Gündəlik Bakı