backend

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nələr baş verir..? – Baş həkimin müavini Bəhman Kərimov mərkəzi xəstəxananı özəl obyekt kimi işlədir…

Bəhman Kərimovun benzin, saxta çağırış, işıq və s biznesi… 
Bəhman Kərimov deyir ki, TƏBİB-in departament rəhbəri Nurlan Quliyev mənim adamımdır… 

Yazıya giriş  olaraq  onu qeyd edək ki, mediada Qobustan Rayon Mərkəzi Xəstəxanasında ( RMX ) baş verən qanunsuz əməllər barədə kifayət qədər yazılıb. Belə ki, Qobustan RMX-də xəstəlik kağızı, sürücülərə tibb arayışları verilməsi adı altında pullar yığılır. Xəstəxanada cari xərclər, yanacaq təminatı adı ilə hər ay xeyli miqdarda dövlət vəsaiti mənimsənilir. Daha sonra bu xəstəxananın adı mediada saxta əlillik dərəcəsi verilməsi ilə bağlı dəfələrlə hallanıb. Hətta yalandan hər ay 50 nəfərin guya xəstəxanada yatmasını ( ambulator müalicə ) kağız üzərində yazıb, onlara ayrılan  qida və ərzaq məhsullarını satırlar. Bundan əlavə Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaşları da mənimsənilir.
Sözün qısası, Qobustan Rayon Mərkəzi Xəstəxanası sanki cinayət məkanıdır. İndi görək, Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin inzibati  məsələlər üzrə  müavini Kərimov Bəhman Bəxtiyar oğlu kimdir, nəçidir, hansı əməlin sahibidir..?
Məlumat üçün onu da qeyd edək ki, Bəhman Kərimov Azərbaycan Dövlət Tibb Universitetini deyil, özəl Azərbaycan Beynəlxalq Universitetini bitirib. Sonra ikinci ali təhsil alıb. Deməli, baş  həkimin müavini  saxta yol vərəqələri yazaraq olmayan  təcili yardım  çağırışları  adı altında kifayət qədər pul mənimsəyir. Bu hələ harasıdır..?
Deməli, Qobustan rayon Mərkəzi Xəstəxanasında Bakıdan gələn həkimlər də  çalışır. Baş həkimin müavini Bəhman Kərimov  uzaqdan gələn həkimlərə nəqliyyat servisi adı altında hər ay hər həkim üçün 100 manatı mənimsəyir, həmin maşınlara sərf olunan benzin isə dövləti vəsaiti hesabına ödənilir.
Bəhman Kərimov yuxarıda qeyd etdiyimiz kimi, yalandan təcili yardıma çağırış vərəqələri yazaraq hər ay kifayət qədər yanacaq, benzin  silir, hələ üstəlik ehtiyyat hissələri üçün  pullar ayırıb mənimsəyir. Bütün bunlar azmış kimi bu adam bütün fırıldaqlara əl atıb və sonda… Guya işıq sönməsi səbəbi ilə  alternativ olaraq generatorlardan, dizel yanacağından istifadə etmək adı ilə xeyli miqdarda dövlət vəsaitini mənimsəyib. Hansı ki, sabah Azərişıq  tərəfindən xırda bir araşdırma aparılsa, bəlli olacaq ki, ümumiyyətlə, həmin günlər işıq sönməyib.
Sözün qısası, Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Bəhman Kərimovun cinayət əməlləri bitmək bilmir. Və ona kimsə irad bildirsə, deyir ki, mənim arxamda TƏBİB boyda qurum var, kimsə mənə heç nə edə bilməz. Daha dəqiq desək, Bəhman Kərimov, hər yerdə TƏBİB-in İnzibati idarəetmə departamentinin rəhbəri  Nurlan Quliyevin adını hallandırır, deyir ki, mən Nurlanın adamıyam.
Bütün bunlardan bizim bir media olaraq  xəbərimiz varsa, görəsən, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xəbəri nə üçün olmasın…? Bəs, TƏBİB-in departament rəhbəri Nurlan Quliyev bu barədə nə düşünür..?
Amma Qobustan rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin müavini Kərimov Bəhman Bəxtiyar oğlu bilmir ki, Qobustan rayonunda “Azərişıq”dan başqa alternativ enerji istehsal edən qurğular da var. Burada təbii fəlakət olmasa, dizel yanacağına ehtiyac olmur. Hətta hörmətli Bəhman həkim bilməlidir ki, ABU-dan qazandığı diplomun əsasında 2-ci təhsil aldığı vaxtda, yəni həmin ərəfədə “Kapital Bank”da işləmişdir və “Kapital Bank”dan işdən çıxarkən də “Kapital Bank” tərəfindən mənfi xarakterizə olunmuşdur.
Qobustan xəstəxanasında işçilərlə, sanki Qobustan həbsxanasının dustaqları kimi rəftar edən, Bəhman həkim, onunla hesablaşmayan işçilərin üzünə adam durquzaraq, işdən çıxarmaqla hədə-qorxu gəlir. Bəhman Kərimov 2022-ci ilin oktyabr ayından həmin vəzifəyə təyin olunduğu vaxtdan hansı vasitələrlə deyə bilmərik, özünə aldığı son model “KİA SORENTA” maşınına 77-KB-779 nömrəni almaq üçün kiməsə 6000 dəfə sag ol deyib.
Baxın, demək olar ki, Kərimov Bəhman 77-777-yə yaxınlaşmaq istəyib, amma buradakı maraqlı və diqqət çəkən məqam nömrənin orta seriyası KB, yəni Kərimov Bəhman. Olsun, biz hamının maşınının olmasına sevinirik.
Bundan əlavə, Kərimov Bəhman vəzifəyə təyin olunar-olunmaz özünə Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunun kənarında böyük bir restoran tikib.
Biz inanırıq ki, belə getsə Bəhman Kərimov Qobustan rayon Mərkəzi Xəstəxanasını da özəlləşdirəcək. Bəhman Kərimov özünün malını-mülkünü, rayonun sayılıb-seçilən şəxslərinin səviyyəsinə çatdırmağa da and içərək dayanmadan pul qazanmaqla məşğuldur.
Biz isə bir media qurumu olaraq, malını-mülkünü artırmağa and içən Bəhman Kərimovdan soruşuruq, sən rəsmi olaraq həkim adını almısanmı? Almısansa Hippokrata and içmisən…? And içməmisənsə təcili Hippokratı tap, sonrası…
Bəli, Qobustan xəstəxanasında durum biz gözlədiyimizdən də ağır imiş. Amma Hüquq Mühafizə Orqanlarımızın orada aparılacaq yoxlamaları, dövlət büdcəmizdən yayındırılan hər qəpiyin, onu oğurlayan şəxslərə geri qaytarılmağını məcbur edəcək. Ardı var… Gündəlik Bakı