backend

Böyük Qayıdış üçün nəzərdə tutulan 30.5 milyard vəsaiti Mahir Abbaszadə kimilərə etibar etmək olmaz… – Mahir Abbaszadə dərhal vəzifəsindən azad edilməli və onun fəaliyyəti ciddi yoxlanılmalıdır…

Keçmiş OMON-çu  Vüqar İmranov Mahir Abbaszadənin yaxın qohumu və müavinidir…
Laçının Zabux kəndində işləyən fəhlələr HƏYƏCAN TƏBİLİ ÇALDI…
Dövlətin vəsaiti talanır…

Məlumdur ki, 44 günlük müharibədən və lokal antiterror əməliyyatından sonra  bütün torpaqlarımız  erməni işğalından azad edildi və  Müzəffər Prezidentimiz Azərbaycan bayrağını  Xankəndində dalğalandırdı.
İndi dövlətimizin qarşısında duran əsas məsələ  azad olunmuş torpaqlarda abadlıq və quruculuq işlərini həyata keçirməkdir.
Bu gün oxuduğumuz rəsmi rəqəmlərə nəzər salaq:
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı lazım olan vəsaitin həcmi açıqlanıb.
Maliyyə Nazirliyinin açıqladığı “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə qeyd olunub.
Məlumata əsasən, 2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.
Qeyd olunub ki, 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədlə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb.
Cari ilin dövlət büdcəsindən sözügedən Proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.
Təsəvvür edirsiniz, söhbət 30.5 MİLYARD MANAT məbləğində dövlət vəsaitindən gedir.
Bunu  Mahir Abbaszadə kimi məmurların öhdəsinə buraxmaq böyük fəlakətə yol aça bilər.
Söhbət millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, əsgəri xidmətdə olmayan, mətbuatda adı Şəhidlərimizin qanı qurumamış, Laçında bulaq üstündə içki məclisində adı hallanan, Fransada Eyfel qülləsinin altında şəkilləri gündəm olan, bahalı saat taxan, Milli Məclisdə bir dəfə də olsun qanun müzakirəsində ağzını açmayan, amma vəzifə sarıdan 5-6-sını birdən icra edən Mahir Abbaszadədən gedir.
Bu adam 2018-ci ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur. Və Dövlətin Qaçqın və Məcburi Köçkünlər üçün ayırdığı külli miqdarda vəsaitin hesabına milyonçuya çevrilib.
Mətbuatda dərc olunan yazılardan bilirik ki, bu adamın öz həyat yoldaşına ad günündə aldığı 300 min yevro dəyərində hədiyyə, qolundakı saatın 100 min dollar olması və s məsələlər həmişə ölkə mediasının əsas mövzusu olub.
Bir soruşan yoxdur ki, dövlət məmurunda bu qədər milyonlar haradandır..?
Biz hələ Mahir Abbaszadənin şəhid bulağı üstündə araq içməsini demirik.
Mahir Abbaszadənin  bu gün Azərbaycanda milyonlarla dəyəri olan sərvəti var.
Yəni bu adam qısa bir müddətdə bu qədər dövlət vəsaitini mənimsəyib.
Mahir Abbaszadə özünün  guya hərbçi zabit olmasını qeyd edir.
Amma tanıyanlar bilir ki, bu adam hərbi qulluqdan xəstə adı ilə yayınıb.
Amma indi yuxarıda qeyd etdiyimiz kimi dövlətin ayırdığı milyardlara tamah salıb.
Redaksiyamıza  bu gün daxil olan məlumata görə, hazırda Laçın rayonunun Zabux kəndində  dövlət vəsaiti hesabına abadlıq, quruculuq işləri gedir.
Yenə orada söz sahibi Mahir Abbaszadədir.
Belə ki, canlı şahidlərin dediyinə görə, Zabux qəsəbəsində abadlıq və quruculuq işlərini əslən Şəkidən olan Rasim adlı şəxsin “KANSET” şirkəti həyata keçirir.
Və ən əsası bütün bu işlərin arxasında Mahir Abbaszadə dayanaraq yaxın qohumu və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini işləyən, yəni Mahir Abbaszadənin müavini Ulu Öndərimizin siyasətinə vaxtilə üsyan edərək silah qaldırmış OMON-çu Vüqar İmranov dayanır.
Gördünüzmü, yenə Mahir Abbaszadə və qohumu Vüqar İmranov.
Orada çalışan fəhlələrin dediyinə görə işçilərə nəzarət üçün təyin edilən Tərlan adlı komendant ( söhbət polisə nəzarət edən komendantdan getmir ) dövlətin vəsaitini sağa-sola səpələyir, hər tərəfdə qum, çınqıl, sement materialları tökülüb qalıb.
Fəhlələr üçün heç bir elementar şərait, adi  tualet, hamam yoxdur, yeməkxana isə bərbad vəziyyətdədir.
Kim etiraz edirsə, komendant Tərlan deyir ki, hara əliniz çatırsa şikayət edin, məni bura Vüqar İmranov göndərib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini olan Vüqar İmranov yuxarıda qeyd etdiyimiz kimi, vaxtilə Heydər Əliyev hakimiyyətinə qarşı qiyam edən OMON-un fəal üzvlərindən biri olub.
Onda ortaya sual çıxır ki, Mahir Abbaszadədə Ulu Öndərə qarşı çıxanlara  bu qədər rəğbət haradandır..?
Məgər bu oyunları  “Qaçqınkom”un sədri Rövşən Rzayev bilmir..? Əla bilir.
Yeri gəlmişkən, Rövşən Rzayevdən soruşan lazımdır ki, Xocalıda insanları  qətlə yetirən Vaqif Xaçatryanın məhkəmə prosesi gedir və onlarla canlı şahid məhkəmədə iştirak edir.
Nə əcəb vaxtilə atası ermənilərə əsir düşən Rövşən Rzayev məhkəmədə iştirak edib qatliə sözünü demir..?
Bəlkə gözükölgəlidir..?
Sözün qısası, dövlətin Qarabağda abadlıq və quruculuq işlərinə ayırdığı milyardlarla dövlət vəsaitini Mahir Abbaszadə və Vüqar İmranov kimilərə tapşırmaq böyük fəlakətə səbəb ola bilər.
Biz hələ Mahir Abbaszadənin Abşeronda törətdiyi avtoqəzada ölüm hadisəsindən danışmırıq.
Yekunda onu qeyd edək ki, Zabuxda çalışan fəhlələr yana-yana qeyd edir ki, Türk dünyasının fatehi, Ulu Öndərin millətimizə yadigarı, cənab İlham Əliyev Xankəndində bayrağımızı qaldırır, Mahir Abbaszadə və onun qohumu OMON-çu Vüqar İmranov dövlətin vəsaitini havaya sovururlar.
Bizə elə gəlir ki, iki mühüm vəzifəni  qamarlayan Mahir Abbaszadə təcili olaraq vəzifəsindən azad edilməli və onun fəaliyyəti ciddi yoxlanmalıdır.
P.S. Dövlətini, millətini, Ulu Öndərimiz Heydər Əliyevin yadigarı olan, əvəzolunmaz Liderimiz, ömürlük Prezidentimiz, cənab İlham Əliyevimizlə birgə min bir əzab-əziyyətlə əldə etdiyimiz nəaliyyətləri görməzdən gələn və dövlət büdcəsindən ayrılmış vəsaitləri dədəsinin malı kimi xərcləyənlərin hamısı açsın qulaqlarını eşitsin ki, bu gün biz Azərbaycanımızın hər yerindəyik. Laçındayıq, Zəngilandayıq, Füzulidəyik, Ağdamdayıq, Kəlbəcərdəyik, Xocalıdayıq, Cəbrayıldayıq, Qubadlıdayıq, Xankəndindəyik, Xocavənddəyik, Şuşadayıq, Ağdərədəyik Bütöv Azərbaycanın hər yerindəyik. Biz cənab Prezidentimizin əsgəri olaraq hər yerdən doğru xəbər verəcəyik. İmkan verməyəcəyik ki, bəzi işbazlar Dövlət malını mənimsəsinlər. Amma bu məsələlərlə bağlı kimlər bizə xahişdə bulunsa yəqin ki, həmin şəxsin adı səhifəmizdə görünəcək. Odur ki, hamılıqca dövlətimizin, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanmalıyıq. Gündəlik Bakı