backend

Özünü asan İntiqam Zamanovun qohumundan İlham Əliyevə və Baş Prokurora video-müraciət/ŞOK SƏS YAZISI

Laçın rayon sakini Alim Ağayev Azərbaycan Resbubilkasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə video-müraciət edib. Şikayətci BİA.az-a göndərdiyi video-müraciətdə bu ilin fevral ayında yaxın qohumu İntiqam Zamanovun intihar etdiyini bildirir və qeyd edir ki, İntiqam Zamanov öz ailəsi, xüsusən də oğlu Elgün Zamanov və həyat yoldaşı Məlahət Zamanova tərəfindən şərlənib, sonra evindən bayıra atılıb. Onun intihar etməsinin əsas səbəbi də elə bu olub. Bunu mərhumun cibindən tapılan məktub da təsdiq edir. Hazırda bu hadisə barədə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanılıb, lakin 9 aydan coxdur ki, davam edən istintaqın gedişi qaranlıq olaraq qalır. Belə ki, mərhumun oglu Elgün Zamanov müstəntiq Tamerlanla hansısa iş birliyinə girib, bu məsələnin ört-basdır olunmasına çalışır. 

Şikayətci iddia edir ki, cinayət işini aparan Suraxanı rayon prokurorluğunun müstəntiqi Tamerlan cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanova acıq-aydın himayədarlıq edir. Bu işdə Suraxanı rayon prokuroru Rəşid Mahmudovun da adı hallanır. 

Həmcinin redaksiyamıza cinayətdə təqsirli bilinən mərhumun oglu Elgün Zamanovun bazarlıq-pul sövdələşməsinin səs yazısı da göndərilib və ictimailəşdirilməsi xahiş edilir.

Daha ətraflı aşagıda dərc etdiyimiz vide-materiallarda tanış ola bilərsiniz.