backend

Lacın sakini yenidən Baş Prokurora və DİN-ə MÜRACİƏT ETDİ - "Bıg Famil" bizi ölümlə hədələyir

Xəbər vermişdik ki, bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır.

BİA.az-a müraciət edən Lacın qacqını, hazırda Ağcəbədi rayonu, Ağabəyli kəndində məskunlaşan Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum Zamanov İntiqam Binnət oğlu onun övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyant tərəfindən təzyiqlərə məruz qalaraq evdən qovulub, evi əlindən alınaraq satılıb, həmçinin şərlənərək küçəyə atılmışdı.

Bununla bağlı, Zamanov İntiqam Binnət oğlu 14.11.2011-ci il tarixində SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində olmuş, verlişdən çıxandan sonra bacısı İsmayılova Diləfuruza zəng edərək haqsızlığa dözə bilmədiyini bildirərək telefonu söndürmüşdür.

28.02.2023-cü il tarixdə Zamanov İntiqam Binnət oğlu intihar etmiş və cibindən tapılan məktubda övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyanta görə intihar etdiyini yazmışdır:

"Dünən SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində mərhum Zamanov İntiqamın oglu Elgünün səs yazısı yayıldı. Bu səs yazısından da acıq-aydın görünür ki, Elgün atasına qarşı həddən artıq aqressivdir, onu ölümlə belə hədələyir və bu hal onun baş vermiş cinayətə baiskar olmasına ciddi şübhələr yaradır."

Gülməmmədov Ziyəddin İlyas oğlu bildirir ki, mərhum İntiqam Zamanovun qızının qaynatası, hazırda Xızı rayonu, Yeni Yaşma qəsəbəsində yaşayan "Bıg Famil" kimi tanınan Şükürov Famil Elgünü müdafiə etdiyindən mərhumun ölüm işinin açılmasıyla bağlı müxtəlif maniələr və müdaxilələr edir:

"Şükürov Famil bizə qarşı aqressiv mövqe tutur, telefonla zəng edərək hədə-qorxu gəlir, ölümlə hədələyir. Dünən verilişdən sonra gecə 19.03 radələrində mərhumun bacısı oglu İsmayılov Məhəbbət Kamil ogluna telefonla mesaj, səs yazısı göndərərək verilişə cıxmamaq barədə hədə-qorxu gələrək onu təhdid etmiş, əks halda ölümlə hədələmişdir. Xızı rayon Polis Şöbəsinin rəisi Faiq Hüseynov cənabına, Azərbaycan Resbubilkasının Baş Prakroru Kamıran Əliyev cənabına və Daxili işlər Naziri Vilayət Eyvazov cənabına yazıb xaiş edirik ki, Şükürov Familin barəsində müvafiq gösdəriş və tapşırıqlarını verəsinlər, onun bizi ölümlə təhdid etdiyi telofon danışıqları, mesajlar çıxarılsın və ictintaqa təqdim olunsun."