backend

Bakıda kişi keçmiş arvadı və oğlunu güllələdi- VİDEO

Bakının Suraxanı rayonunda 67 yaşlı kişi 54 yaşlı keçmiş həyat yoldaşı və 34 yaşlı oğlunu güllələməkdə şübhəli bilinir.
Qonşuların sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinin Eldar Dadaşov taksi fəaliyyətli ilə məşğul olurmuş.
İddialara görə, o, ailəsindən ayrıldıqdan sonra tez-tez keçmiş həyat yoldaşı ilə bir mənzildə yaşayan oğlunun yanına gələrək mülk üstündə mübahisə edirmiş.
Yaralılar 3 saylı Sabunçu şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğu da məlumat yayıb.
İş üzrə istintaq davam edir.