backend

Kəmaləddin Qafarov üçün qanunlarımız KEÇƏRLİ DEYİL? - Görünəni budur...

"AZƏRİ MED" QSC barəsində protokol hazırlanıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (Gömrük Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim olunub.

Bildirək ki, nizamnamə kapitalı 10000.00 AZN olan şirkətin qanuni təmsilçisi, Famil Rəhimli Vəli oğludur. 02.07.2004-cü ildə dövlət qeydiyyatına alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov, ev 30 F-dir.

Qeyd edək ki, “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, mətbuatda yayımlanan və təkzib olunmayan məlumata görə, şirkət Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsusdur. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aprtek” kimi brendlər daxildir.

DİA.AZ isə qeyd edir ki, söügedən apteklərin hər birinin divarında və yaxud da aptek müdirinin masasında deputat Kəmaləddin Qafarovun fotosunun olması vacibdir... HƏTTA AZ QALA ŞƏRTDİR!