backend

Surxanıdakı intiharla bağlı QALMAQAL: Cinayət işinə xitam verilib? - Lacın sakini OD PÜSKÜRDÜ

Bu ilin fevral ayında Bakının Suraxanı rayonunda Laçın rayon Ağcakənd sakini Zamanov İntiqam Binnət oğlunun intihar etməsi ilə bağlı xəbərləri müntəzəm olaraq oxucularımızın diqqətinə catdırmışıq. Mərhum İntiqam Zamanovun yaxın qohumu Laçın rayonunun Şeylanlı kənd sakini Tohid Ağamalıyev yenidən Qaynarxett.az-a açıqlamasında bildirib ki, artıq hər kəs mərhumun heç bir günahının olmadığını, intihara vadar edildiyini bilir: “Əvvəl heç cinayət işi açmırdılar. Bizim müraciətlərimizdən sonra Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıdı. Amma cinayəti ört-basdır etməyə cəhdlər var idi, cünki 6 aydan cöx kecməsinə baxmayaraq istintaq işi yerində sayırdı. İndi eşitmişik ki, cinayət işinə xitam vermək istəyirlər" - deyə Tohid Ağamalıyev bildirib. 

Tohid Ağamalıyevin sözlərinə görə, əyər cinayət işinə xitam verilsə mərumun yaxın qohumları yenidən Prezident aparatına, Respublika prokurorluguna müraciət edəcəklər:"Biz bu işii belə qoymayacagıq. Elgün Zamanov müstəntiq Tamerlanla hansısa iş birliyinə girib, yüksək pul qarşılıgında törətdiyi cinayət əməlini ört-basdır edə bilməyəcək.”


Ətraflı aşagıdakı videoda tanış ola bilərsiniz.