"(Bu ilin) oktyabr ayının ın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub".
Bu barədə həmin gün DİN-in mətbuat xidmətindən rəsmi məlumat verilib. Yaquar Hadıyev əvvəllər Tərtərdə ordu sıralarında MAXE kimi xidmət göstərib, sonra isə xidmətdən uzaqlaşdırılıb və mal-qara otarmaqla məşğul olub. 3 azyaşlı övladı qalıb.
Bu ilin mart ayında minaya düşərək sol ayağını itirib, yuxarıdakı məlumatda isə bildirilir ki, oktyabrın 6-da təkrar minaya düşərək həlak olub. Amma yaxınları onun minaya düşməsinə şübhə etsələr də bu barədə harasa müraciət etməkdən çəkinirlər.
Bu da səbəbsiz deyil. Əvvələ, ona görə ki, Yaquar Hadıyevin nəşi yuyularkən onun bədənində tapılan yeganə xəsarət izi ürək nahiyəsindəki güllə yarasına bənzəyən kiçik dəlik olub. İkinci səbəb isə daha ciddidir.
Bu, Yaquar Hadıyevin telefonundan tapılmış və onun ölümündən öncə çəkdiyi bir neçə videogörüntüdür. Həmin görüntüləri çəkərkən mərhum çəkdiklərinin kimlər olduğunu öz səsi ilə izah edib.
Videogörüntülərdən hələlik birini sizin və Baş Prokurorluğun diqqətinə təqdim edirəm. Ümid edirəm, ölkə prokurorluğu buna reaksiya verəcək və Yaquar Hadıyevin nəşi müayinə üçün eksqumasiya olunacaq.
Sadəcə buna ümid edirəm, amma inanmıram. Ona görə də hələlik əlavə nəsə yazmağa ehtiyac duymuram...
Elman Mehdiyev
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı
F