backend

Ceyhun Məmmədov-dan Novruz bayramı münasibətilə təbrik

Milli Məclisin deputatı Ceyhun Məmmədov Novruz bayramı münasibətilə vətəndaşlara ünvanladığı təbrik mesajını paylaşıb.

Deputat öz müraciətində xalqımızı bu qədim və əziz bayram münasibətilə səmimi qəlbdən təbrik edərək bildirib ki, Novruz Bayramı Azərbaycan xalqının zəngin tarixi, milli-mənəvi dəyərləri və mədəni irsinin təcəssümüdür. O qeyd edib ki, Novruz təbiətin oyanışını, yenilənməni, birlik və həmrəyliyi simvolizə edir, insanları xeyirxahlığa, mərhəmətə və paylaşmağa səsləyir.

Təbrikdə vurğulanıb ki, əsrlər boyu qorunub saxlanılan bu ənənələr xalqımızın milli kimliyinin ayrılmaz hissəsi kimi bu gün də yaşadılır və gələcək nəsillərə ötürülür.

Sonda deputat hər kəsə möhkəm cansağlığı, ailələrə xoşbəxtlik, evlərə ruzi-bərəkət və firavanlıq arzulayıb, bayram münasibətilə ən xoş diləklərini çatdırıb.