Millət vəkili paylaşımında bildirib ki, Novruz bayramı xalqımızın qədim ənənələrini, milli-mənəvi dəyərlərini yaşadan ən əziz bayramlardan biridir. Onun sözlərinə görə, Novruz yenilənmənin, saflaşmanın, birlik və bərəkətin rəmzi kimi insanların qəlbində xüsusi yer tutur.
Deputat vurğulayıb ki, bu müqəddəs bayram süfrələrə ruzi-bərəkət, ocaqlara istilik, qəlblərə isə sevinc və ümid gətirir. Əsrlər boyu qorunub saxlanılan bu dəyərlər xalqımızın zəngin mədəni irsinin göstəricisidir.
Müşfiq Məmmədli hər bir ailəyə sağlamlıq, xoşbəxtlik və firavanlıq arzulayaraq qeyd edib ki, ölkəmizdə daim əmin-amanlıq, sabitlik və inkişaf hökm sürsün, vətəndaşların arzuları bahar tək çiçəklənsin.
Sonda deputat Novruz tonqallarının alovunun qəlbləri işıqlandırmasını və insanlarda yeni başlanğıclara inamı daha da gücləndirməsini diləyib, hər kəsi bayram münasibətilə bir daha təbrik edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem
banner / gundem
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / maraqli / Siyasət
Siyasət
Sosial



