Milli Məclisin deputatı Tamam Cəfərova müqəddəs Ramazan bayramı münasibətilə vətəndaşları təbrik edib.
Deputat paylaşımında bildirib ki, Ramazan ayı insanların mənəvi saflığa, mərhəmətə, səbirə və həmrəyliyə yönəlməsində xüsusi rol oynayır. O qeyd edib ki, bu mübarək ayda qazanılan dəyərlər – paylaşmaq, ehtiyacı olanlara dəstək olmaq, qarşılıqlı anlayış və qayğı göstərmək – cəmiyyətin daha da möhkəmlənməsinə xidmət edir.
Tamam Cəfərova bayram münasibətilə hər bir ailəyə sevinc, ruzi-bərəkət və firavanlıq arzulayıb. O, Ramazan bayramının xalqın birliyini daha da gücləndirməsini, ölkədə sülh, sabitlik və davamlı inkişafın təmin olunmasına töhfə verməsini diləyib.
Deputat sonda Uca Allahdan tutulan orucların və edilən duaların qəbul olunmasını arzulayaraq hər kəsi bayram münasibətilə bir daha təbrik edib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
maraqli / Sosial
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial



