backend

Fatma Yıldırım: Parlamentlərarası əməkdaşlıq Azərbaycanın xarici siyasətinə mühüm töhfə verir

Milli Məclisin deputatı Fatma Yıldırım Cənab Prezident İlham Əliyev tərəfindən mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbul edilməsi ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, bu görüş Azərbaycanın beynəlxalq parlament diplomatiyasındakı mövqeyinin sistemli və məqsədyönlü şəkildə gücləndiyini açıq şəkildə nümayiş etdirir. Onun sözlərinə görə, Milli Məclisin qlobal əməkdaşlıq platformalarında fəal iştirakı ölkəmizin xarici siyasət kursuna mühüm töhfə verir.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan parlamenti son illərdə beynəlxalq parlament institutları ilə əlaqələrini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Parlamentlərarası dialoq vasitəsilə ölkəmiz həm regional sabitliyin möhkəmləndirilməsinə, həm də beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə töhfə verir.

Deputat vurğulayıb ki, Parlamentlərarası İttifaq çərçivəsində əməkdaşlıq Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və qanunvericilik sahəsində qabaqcıl təcrübənin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonda qeyd olunub ki, Milli Məclis artıq təkcə qanunverici orqan deyil, həm də beynəlxalq siyasi dialoqun mühüm iştirakçısına çevrilərək Azərbaycanın xarici siyasətini tamamlayan əsas institutlardan biri kimi çıxış edir.