backend

Azər Kərimli Göyəm kəndində vətəndaş qəbulu keçirib

Milli Məclisin deputatı Azər Kərimli Zaqatala rayonunun Göyəm kəndində növbəti vətəndaş qəbulu keçirib.

Qaynarxett.az xəbər verir ki, qəbul zamanı kənd sakinləri onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Səsləndirilən müraciətlər əsasən sosial təminat, məşğulluq, infrastruktur və digər yerli problemlərlə əlaqədar olub.

Deputat tərəfindən vətəndaşların müraciətləri qeydə alınıb, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Azər Kərimli vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, seçicilərin problemlərinin diqqətdə saxlanıldığını və onların həlli üçün lazımi addımların atılacağını qeyd edib. Vətəndaşlar da öz növbəsində müraciətlərinə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.