Milli Məclisin deputatı Fatma Yıldırım ICESCO-nun Bakı Regional Ofisinin təşkilatçılığı ilə keçirilən “Sultan bin Əbdüləziz Al Səud Beynəlxalq Dil Təlim Proqramı – Mərkəzi Asiya və Qafqazda ərəb dili” mövzusunda beynəlxalq tədbirdə iştirak edib.
Deputat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, ərəb dili təkcə ünsiyyət vasitəsi deyil, həm də zəngin elmi, mədəni və mənəvi irsin daşıyıcısıdır. Onun sözlərinə görə, tarix boyu müxtəlif xalqları birləşdirən ərəb dili bu gün də mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Fatma Yıldırım qeyd edib ki, tədbirdə çıxış edən qonaqlar ərəb dilinin öyrənilməsinin əhəmiyyətindən, gənclər üçün yaratdığı imkanlardan və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs ediblər. Bildirilib ki, proqram çərçivəsində irəli sürülən təşəbbüslər region ölkələri arasında təhsil və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Deputat vurğulayıb ki, Azərbaycan tarixən müxtəlif dillərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Bu baxımdan ölkəmizdə belə beynəlxalq tədbirlərin keçirilməsi humanitar əməkdaşlığın inkişafına, qarşılıqlı hörmət və anlayışın təşviqinə mühüm töhfə verir.
Fatma Yıldırım sonda tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Sosial / Təhsil

