backend

Ağdamda ”Bermud üçbucagı”: Qiyas, Vaqif və Əbdüləli sirri açılacaqmı? - POÇTA

Əslində, bu yazını Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili Işlər Naziri Cənab Vilayət Eyvazova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Cənab Əli Nağıyevə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə, Əmək Müfəttişliyinə bir müraciət kimi də qəbul etmək olar…

Ağdam rayonunda ciddi qanun pozuntuları,Azərbaycan Respublikasının büdcəsinin talanılması,israfedilməsi hərəkətlərinin(hərəkətsizliyinin) yaşanması barədə əsaslı şübhə doğuran məlumatların, nüansların mövcudluğu barədə danışacağıq…

Xatırlayırsınızsa, saytımızda Ağdam Rayon Icra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri, rayonun memarı vəzifəsində işləyən Əbdüləli Mehdiyevin maliyyə fırıldaqlarından bəhs etmişdik. Həmin yazılardan daha çox maraq doğuracaq məqamları aşağıda sərgiləyəcəyik və hüquq-mühafizə orqanlarının diqqətini bu məsələyə yönətmələrini təvəqqe edirik..

Sitat;
…hər kəsin diqqəti müharibəyə yönəldiyi bir ərəfədə bu işbaz da sən demə öz fəaliyyətində imiş. Belə ki, rayonun Çəmənli, Xındırıstan, Zəngişalı, Əfətli, Əhmədağalı və digər kəndlərində mərmilərdən zərər görmüş evlərin bərpası, təmiri işlərində də qohumunun adına olan həmin adı çəkilən MMC-nin vasitəsi ilə etməsi nəzərdən yayınmamalıdır…
Qohumu Teymur Mehdiyevin adına rəsmiləşdirdiyi Qarabağ Təmir-tikinti MMC-nin iş icraçısı isə bildirildiyinə görə Məmmədov Elgün Yusif oğludur.
Inanmaq istərdik ki, dərc etdiyimiz bu yazı Azərbaycan Respublikasının Prezidentinin diqqətindən yayındırilmayacaq, nəzarətə götürərək araşdırılması və müvafiq tədbir görülməsi üçün aidiyyatı qurumlara tapşırıq verəcəkdir.



Və;
Ağdam rayonuna icra başçısı gəlməyə hazırlaşan rayonun memarı Əbdüləli Mehdiyev barədə söz açmışdıq. Hətta bu təyinatda ona qohumu olan FHN Generalı Valeh, PA-da isə Qiyas adlı bir yetkilinin dəstək olacağı barədə də söz açmışdıq. Yəni, həmin şəxslərin adlarını Əbdüləli Mehdiyevin hallandırdığını qeyd edərək, həmin adları çəkmiş olmasaydı haradan və necə bilərdik,məntiqi nəticəsini ortaya qoymuşduq…

Daha sonra:

Məsələ ondan ibarətdir ki, Ağdam Rayon Icra Hakimiyyətinin memarı vəzifəsində işləyən Əbdüləli Mehdiyev etdiyi maliyyə fırıldaqlarını guya zərgər dəqiqliyi ilə apardığını düşünsə də tenderdə qalib olan MMC-lərin qohumlarının adına olması torbada pişik olması reallığını faş edir. Belə ki, onun qohumu olan Teymur Mehdiyevin adına rəsmləşdirdiyi Qarabağ Təmir- tikinti MMC vasitəsi ilə 10 tenderin qalibi olaraq rayon ərazisində təmir- tikinti adı altında büdcə vəsaitini mənimsənilməsi(?) qaçırılmaz reallıqdır.

Eyni zamana:

Bu gün sizlərə 2 min manatlıq ayaqqabı geyindiyi bildirilən həmin oliqarx məmurun digər maliyyə fırıldağından bəhs edəcəyik. Belə ki, Əbdüləli Mehdiyev qeyri-rəsmi özünə məxsus olan bir MMC-nin 2022-ci ildə Ağdam RIH-nin elan etdiyi tenderdə “qalib” gəlməklə, rayonun Quzanlı qəsəbəsində bayraq meydanı üçün dövlət bayrağı “almasıdır”. Ən qəribəsi və diqqət çəkən məqam isə bir ay ərzində 4 ədəd 8 ×16 ölçüdə bayraq üçün 8850 azn pul silinməsidir…

Heç kimə sirr deyil ki,ölkə rəhbərinin böyük önəm verdiyi şanlı üç rəngli bayrağımız üzərindən də maliyyə fırıldağı edilirsə deməli bu şəxs öźünü hər şeydən sığortalı hiss etməkdədir…

Yuxarıda qeyd edilənlərdən də açıq şəkildə görünür ki, Ağdam rayonunda ölkə rəhbərinin tam nəzarəti altında maliyyə yoxlamalarına,eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırmalar aparılmasına zərurət vardır.

Bir məqama da diqqət etməyinizi istərdik ki, bu sözügedən maliyyə fırıldaqlarını(?) həyata keçirmış Əbdüləli Mehdiyevin bütün bunları Agdam Rayon Icra Hakimiyyəti başçısı Cənab Vaqif Həsənovun istəyi,izni və razılığı olmadan həyata keçirməsi inandırıcı görünmür,defakto olaraq reallıqla paradoks təşkil etməkdədir.

Hətta onun xəbərsiz olması,onun hüquqi məsuliyyətdən kənarda qoysa belə, icra başçısını rəhbərlik qarşısında mənəvi məsuliyyətdən kənarda saxlamır. Yəni, bu o nəticəni hasil edir ki, nəinki rayonda olan hər bir neqativ hala məsul olmalıdir,hətta işlədiyi icra hakimiyyəti aparatında yaşananlardan xəbərsiz olması bir rəhbər olaraq işinin öhdəsindən gəlməməsi,yerində olmaması həqiqətini meydana çıxarmış olur.
Bəs görəsən, etimad göstərilərək icra başçısı təyin olunmuş Cənab Vaqif Həsənovun son dövrlər daha çox rayon ictimaiyyəti arasında mənfi reputasiya qazanması,habelə bu kimi xoşagəlməz və ümumilikdə təmsil etdiyi hakimiyyətin nüfuzuna kölgə salacaq hərəkətlərə görə məhz limitinin sona yaxınlaşmağının fərqindədirmi?!

Dərc etdiyimiz material hüquq-mühafizə orqanlarının araşdırma mövzu sayıla bilər..

Mövzuya qayıdacağıq…

Türkel Turançı

vhm.az