Milli Məclisin deputatı Kaməddin Qafarov dövlət qulluqçularının peşə bayramı münasibətilə paylaşım edib.
Deputat bildirib ki, hər il iyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis edilib. Sərəncamda dövlət qulluğunun ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundakı mühüm rolu, eləcə də BMT Baş Assambleyasının iyunun 23-nü BMT Dövlət Qulluğu Günü elan etməsi nəzərə alınıb.
Kaməddin Qafarov vurğulayıb ki, 23 iyun təkcə peşə bayramı deyil, həm də dövlət idarəçiliyinin səmərəli təşkili və davamlı inkişafında mühüm rol oynayan dövlət qulluqçularının zəhmətinə verilən dəyərin ifadəsidir.
Deputat paylaşımında bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət




