Qaynarxett.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri əsasən sosial müdafiə, məşğulluq, səhiyyə, eləcə də təmir-tikinti və digər gündəlik məsələləri əhatə edib. Deputat hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və həlli istiqamətində aidiyyəti qurumlarla əlaqələrin qurulacağını bildirib.
Bəzi məsələlər isə yerindəcə operativ şəkildə həllini tapıb. Vətəndaşlar göstərilən diqqətə görə təşəkkür ediblər.
Qəbulun məqsədi seçicilərin problemlərinin birbaşa dinlənilməsi və onların həllinə çevik yanaşmanın təmin olunması olub.







