backend

Deputat Əli Məsimlidən Milli Mətbuat Günü münasibətilə təbrik

Əziz mətbuat işçiləri, dəyərli media nümayəndələri!
Əsası Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri Həsən bəy Zərdabinin naşiri və redaktoru olduğu “Əkinçi” qəzetinin nəşri ilə qoyulan şərəfli və məsuliyyətli yolun davamçılarını ürəkdən salamlayıram.
Əməkdaşlıq etdiyim, obyektivliyi, prinsipiallığı, yüksək intellektual səviyyəsi, peşəkarlığı və vətəndaşlıq mövqeyi ilə seçilən, vətənpərvərlik, yüksək milli təfəkkür və ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr verən, daim dəstəklərini hiss etdiyim media sahəsindəki dostlarımın timsalında bütün media nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm can sağlığı, bu çətin və eyni zamanda şərəfli fəaliyyətinizdə yeni uğurlar, bol-bol yaradıcılıq nailiyyətləri və tükənməz enerji arzulayıram. Azərbaycan mətbuatının inkişafı, cəmiyyətimizin doğru və operativ informasiya ilə təmin olunması naminə gördüyünüz işlərdə hər birinizə uğurlar diləyirəm.

Dərin hörmətlə,
Əli Məsimli
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı