backend

Gəncə Tibb Kolleci YOXSA Niyazi İbrahimovun "kolxoz" bazarı

Gəncə Tibb Kolleci YOXSA Niyazi İbrahimovun "kolxoz" bazarı
Drektor kollecdə rüşvət sistemi qurub


Gəncə Tibb Kolleci ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətdə bildirilir ki, Niyazi İbrahimovun direktoru olduğu Gəncə Tibb Kollecində artıq indidən yay imtahan sessiyası üçün “yığım kampaniyası”na açıq şəkildə start verilib. Şöbə müdirləri və müəllimlər tələbələrə bildiriblər ki, hər imtahan üçün onlardan nəsə toplanacaq. Bizə verilən məlumata görə, tələb olunan nəsnələr əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Ona görə də tələbələri buna öyrəşdirmək üçün indidən yığım kampaniyasına start verilib. Bundan başqa tələbələrdən kollecdə təşkil olunan tədbirlər üçün nəsə tələb ediblər. Tələbələr isə qeyd edirlər ki, bilmirlər təhsil aldıqları məkan təhsil ocağıdır, yoxsa bazar. Artıq bundan cana yığıldıqlarını deyən bir neçə tələbə bu təhsil ocağında daxil olmaqlarına peşmanlıqlarını bildirirlər. Hətta birinci kurs tələbələri bildirirlər ki, indidən belə başlayıbsa, görün sonrakı semestrlərdə nələr olacaq. Etibarlı mənbələrin verdiyi məlumata görə, imtahan sessiyası zamanı direktoru daha çox görürlər. Müəllimlər isə bundan narazılıq edir.

Bundan başqa, bildirilir ki, kollecin direktoru Niyazi İbrahimov müəllimlərin əməkhaqlarının bir qisminə şərik çıxır. Amma biz də bu məsələyə məəttəl qalmışıq?Gəncə Tibb Kollecində təhsilin, eyni zamanda təlim-tərbiyənin səviyyəsinin qənaətbəxş olmadığını dilə gətirən adının çəkilməsini istəməyən tələbələrdən birinin sözlərinə görə, kollecdə normal dərs deyən cəmi 5-10 müəllim var: “Yalnız həmin müəllimlər pedaqoq kimi öz peşələrinə layiqincə xidmət edir, vəzifələrini tam şəkildə, qüsursuz formada yerinə yetirməyə çalışırlar. Qalanları isə ancaq nə yolla olursa-olsun, tələbələrdən əlavə pul çıxarmağı düşünürlər. Elə buna görə də, hazırda kollecdə təhsilin səviyyəsi heç də ürəkaçan deyil.

Direktorun rəhbərliyi altında burada bir sıra qanunsuz əməllərə, özbaşınalığa yol verilir. Görünür, Niyazi İbrahimovun yuxarı orqanlarda adamları var. Əks halda rəhbərlik etdiyi təhsil müəssisəsində yol verdikləri nöqsanlara görə cəzalanardı.Gəncə Tibb Kolleci Səhiyyə Nazirliyinin tabeçiliyindədir və bu sistemdə vəziyyət bir az başqa cürdür. Hərçənd, nazirlik yoxlama aparmasa da, bunu Hesablama Palatası, Maliyyə Nazirliyi, prokurorluq, antikorrupsiya idarəsi apara bilər.Gəncə Tibb Kollecində baş verən qanunsuzluqlar, direktor Niyazi İbrahimovun rəvac verdiyi neqativ hallar barədə qəzetimizin ötən saylarında da tənqidi məqalələr dərc olunmuşdu. Məqalədə bildirilmişdi ki, kollec binasının əsaslı təmirinə, ələlxüsus da mansard üslublu dam örtüyünün qurulmasına və başqa təyinatla xeyli pul xərclənsə də, işlər yekunlaşmır.

Bu dəfə öyrəndik ki, direktor dam örtüyünün dəyişdirilməsi üçün hökumətdən ayrılan pul yeyildiyinə görə, artıq neçə dəfədir ki, kollecin müəllimlərindən pul yığır. Bu da öz növbəsində tələbələrə edilən təzyiqi artırır. Məqalədə həmçinin qeyd olunmuşdu ki, tələbələrdən rüşvət toplanılmasına direktorun müavini Kərimxan müəllim ciddiliklə nəzarət edir. Etibarlı mənbələrdən öyrənmişik ki, əslində direktorun pulyığanı vəzifəsini onun qudası olduğu bildirilən Rima adlı xanım icra edir. Bu da onun göstəricisidir ki, Niyazi müəllim kollecin idarə edilməsində korrupsiyadan başqa həm də qohumbazlıq prinsiplərinə üstünlük verir.

Gəncə Tibb Kollecində təhsil sistemində olmayan və olması mümkün görünməyən yeni bir metoda da əl atılıb. Kollecin direktoru Niyazi İbrahimovun tələbələrdən pul qoparmaq üçün düşündüyü ən «orijinal» ideya isə otaqların istilik sistemləri ilə təmin edilməsi üçün soba alınmasından ibarətdir. Məlumatda deyilir ki, kollecin direktoru tələbələrdən pul yığmaq üçün bütün vasitələrə əl atmaqdadır. Məsələn, hər həftə konsert keçiriləcəyi adı altında tələbələrdən alınan bilet pullarının aqibətini bilən yoxdur. Bundan başqa, otaqların isidilməsi üçün soba alınmasına görə də pul alırlar.


Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.