backend

İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ

İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ
İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ



Professordan üçüncü referendum sorğusu və referenduma çağırış...


26 sentyabrda keçiriləcək Konstitusiyamıza əlavələr və dəyişikliklər referendumunun dövlətimizin inkişafı prosesində mühüm dönüş nöqtəsi olduğunu və böyük həyati əhəmiyyət kəsb etdiyini nəzərə alaraq müstəqil ekspert qrupu öz fəaliyyətini gücləndirib. Referendumun keçiriləcəyi günə az müddət qaldığından ekspert qrupumuz qarşısına qoyduğu proqramı yerinə yetirmək üçün çoxşaxəli və geniş spektri əhatə edən fəaliyyət göstərir.

Mətbuat üçün açıqlamamızda bəyan etmişdik ki, fəaliyyətimiz referenduma hazırlıq və referendumun keçirilməsi prosesində aşağıda göstərilən mühüm sahələri əhatə edir:

1.Müxtəlif kateqoriyalı seçici qrupları arasında sorğular keçiririk.
2.Referenduma hazırlıq mərhələsində müşahidələr və monitorinqlər aparırıq.
3.Seçicilərə referendumun mahiyyətini şərh edirik və onlarla müzakirələr aparırıq.
4.Seçiciləri referendumda iştirak etməyə çağırırıq.
5.26sentyabrında respublikamızın müxtəlif ərazilərində referendumu müşahidə edəcəyik.

İndiki məqamda biz eyni zamanda həm sorğular keçirir, həm insanları referendumda iştirak etməyə çağırırıq, həm də seçkiqabağı situasiyanın monitorinqini aparırıq. Yəni proqramımızın 1, 2, 3 və 4-cü bəndlərini eyni zamanda icra edirik.

Ekspert qrupumuz Sumqayıtın 42, 43 və 44 saylı dairələrindəki məhəllələrdə 3260 respondenti əhatə edən sorğu keçirib. Sorğuda bir sual qoymuşduq.

Referendumda iştirak edəcəksinizmi?

Rəyi soruşulan respondentlərin 77 faizi (2510 nəfər) referendumda iştirak edəcəklərini, 14 faizi (456 nəfər) seçkiyə gəlməyəcəklərini və ümumiyyətlə heç bir seçkidə iştirak etmədiklərini, 9 faizi (294 nəfər) fikirləşdiyini və ya gəlib-gəlməyəcəyi haqqında qərar qəbul etmədiklərini bildirdilər.

Qeyd etməliyəm ki, bütün məhəllələrdə sakinlər hökumətin diqqətinə onların fikirlərini çatdırmağımızı xahiş etdilər.



-Prezidentimiz bizim xeyrimizə çalışır, referenduma gələcəyik və prezidentimizə səs verəcəyik.
-Biz referenduma gələcəyik. Amma bu referendum nəyə lazımdı. Biz istəyirik İlham Əliyevi ömürlük prezident seçək.
-İlham Əliyev ölkəmizdə əmin-amanlıq yaradıb. Onu ömürlük prezident seçsək daha yaxşı olar.
-Qiymətlərin sürətli artımı bizi hara aparır?
-Prezident sahibkarlara şərait yaradır, onlar isə Prezidentin bu yaxşılığını yerə vurub, qiymətləri qaldırırlar. Onların bu işləri prezidentimizə və dövlətimizə qarşı təxribatdır.
-Xahiş edirik bizim fikirlərimiz və vəziyyətimiz televiziyalarda işıqlandırılsın.
-Yaxşı ki, sizi kimi bir ziyalı ilə görüşdük.
-Deputatımızın üzünü görməmişik.
-5-ci mikrorayondakı sakinlər dedilər ki, deputat özünün yaşadığı məhəllənin sakinləri ilə də görüşmək istəmir.
-Bələdiyyələr də, JEK-lər də mənzil üçün pul istəyirlər. Pulu kimə verməliyik.
-Dollar 1,70 manata qədər qalxdı. Sonra ucuzlaşdı. Qiymətlər artdı, amma dollar ucuzlaşanda qiymətlər düşmədi. Niyə?

Xudahafizləşərkən sakinləri bir daha referenduma dəvət edib, onlarla şəkillər çəkdirirdik.


Müstəqil ekspert qrupunun rəhbəri

Prof.Dr. Qüdrət İsaqov



İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ
İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ
İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ
İLHAM ƏLİYEV HAQQINDA ELƏ SÖZLƏR DEDİLƏR Kİ... - İNANILMAZ