backend

Polşalı futbolçular meydana “Azerbaijan” yazısıyla çıxacaq - Fotolar

Polşalı futbolçular meydana “Azerbaijan” yazısıyla çıxacaq - Fotolar

Cavid Zeynalov: “Yaratdığımız “SAB Polşa Mərkəzi” Vışoqrodun “Stegny” komandasına sponsor olub”

“Məqsədimiz təkcə Azərbaycanı tanıtmaq yox, xalqlarımız arasında elm, təhsil və idman əlaqələrini daha da möhkəmlətməkdir”

Polşada diasporçu Azərbaycan gənclərinin yaratdığı “SAB Centrum Polskie” təşkilatı bu ölkənin futbol liqasında çıxış edən “Stegny Wyszogrod” futbol klubunun sponsoru olub. Bu barədə Qafqaznews.az saytına Polşada Azərbaycan Gəncləri Birliyinin (AYPU) sədri, SAB şirkətlər qrupunun prezidenti Cavid Zeynalov bildirib. O qeyd edib ki, bu ilin iyul ayından etibarən, Həm Polşada, həm də Azərbaycanda fəaliyyət göstərən “SAB Centrum Polskie” şirkəti 6-cı liqada çıxış edən “Stegny Wyszogrod” futbol klubuna sponsorluq etməyi üzərinə götürüb və azərbaycanlı gənclərin də bu klubda oynamasını qarşıya məqsəd qoymuşuq. “Klubun futbolçuları oyunlara “SAB CP Azerbaijan” yazısıyla çıxacaqlar.
Polşalı futbolçular meydana “Azerbaijan” yazısıyla çıxacaq - Fotolar
Baş məşqçi Hubert Rodetskidir.Bu komanda adətən gənclərdən ibarətdir və istedadların kəşf olunmasıyla məşğuldur. “Stegny Wyszogrod” Polşanın və Avropanın bir neçə məşhur klubuna, o cümlədən “Chelsea”yə oyunçu satıb. Klubda azərbaycanlı gənclərə məşq etmək və oynamaq üçün hər cür şərait yaradılıb. Özünə güvənən gənc futbolçular Bakıda yerləşən SAB Polşa Mərkəzinə aid olan 012-497-22-87 və 055-904-04-64 nömrələri ilə əlaqə saxlaya bilərlər”, – deyə C.Zeynalov vurğulayıb. Onun sözlərinə görə, “SAB Polşa Mərkəzi” Azərbaycan gənclərinə Polşada təhsil və hüquqi xidmətlər göstərməklə yanaşı, yerli sahibkarların polyak iş adamları ilə işgüzar əlaqələr qurmasına, biznes əlaqələrinin möhkəmlənməsinə də yardım edir.

“Bakıda açdığımız mərkəzdə Azərbaycan gənclərinin polyak dili öyrənməsi, Polşa və digər Avropa ölkələrindəki universitetlərə qəbul olunması üçün xidmətlər göstərilir. Həmçinin, mərkəzdə Polşa mədəniyyəti ilə maraqlanan gənclər üçün müxtəlif tədbirlər də təşkil olunur. “SAB Centrum Polskie” müharibə veteranlarına pulsuz xidmət göstərir, savadı ilə fərqlənən şəhid ailələrinin övladlarını isə hətta Polşaya təqaüdlə ali təhsil almağa göndərmək niyyətindədir. Hazırda iki nəfər azərbaycanlı gənc SAB-ın təqaüdü ilə Polşanın mötəbər ali məktəblərində təhsil alır”, – deyə C.Zeynalov əlavə etdi.