"Bu səfər böyük əhəmiyyət kəsb edir" - İlham Əliyev
949
"Sizin Azərbaycana səfəriniz Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda svilizasiyalararası dialoq üçün böyük əhəmiyyət kəsb edir".
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Roma papası Fransisklə görüşü zamanı deyib. Dövlət başçısı papanı Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib:
“Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır”.