backend

Sabunçu işıq idarəsi “gün verir, işıq vermir...” - Şikayət

Sabunçu işıq idarəsi “gün verir, işıq vermir...” - Şikayət
















Paytaxtın Sabunçu rayon Elektrik Paylayıcı Şəbəkəsi özbaşınalığa yol verir

Politika.Az-a şikayət edən abunəçilərin sözlərinə görə, işıq idarəsinin əməkdaşları tez-tez onları narahat edir.

Mənzilləri qapı-qapı döyən idarə işçiləri ödənişin azca vaxtı keçəndə işığı kəsirlər. Bakının ayrı rayonlarında bu hallara son qoyulub.

Sabunçu rayonu isə gec-tez ödəniş edən abunəçiləri zülmətə qərq edir. Qarşıdan qış gəldiyini qeyd edən sakinlərin sözlərinə görə, Sabunçu “Azərişıq” rəhbərliyini belə saymır.

Onlar dəfələrlə şikayət etsə də, məhəl qoyan olmur. Sabunçu Rayon Enerji Satışı və Təchizatı İdarəsi Baba Rzayevin tapşırığına əməl etmir.

Azərbaycanda hər cür özbaşınalıqlar artıq adi hala çevrilib. Bir zamanlar insanlar indi baş verən olaylara təəccüblə, hətta heyrətlə baxırdı. İndi isə iş o həddə çatıb ki, adi bir idarə müdiri öz istədiyi kimi davranır və özünü az qala nazirdən daha üstün sayır.

Sabunçu rayon Enerji Təhcizatı və Satışı İdarəsinin rəisi Toğrul Rəhimov özünün sistemini qurub.

İdarə rəisi bahalı maşını ilə işə gedib-gələrkən abunəçilərin işıqlı yoxsa zülmət otaqda yaşadığını düşünmür.

Çünki bahalı maşını, dəbdəbəli evində komfort həyat tərzi bu haqda fikirləşməyə macal vermir.

Qarşı tərəfi də dinləməyə hazırıq.