backend

İstirahət günlərində 11 yol qəzası baş verib 6 ölü, 19 yaralı

İstirahət günlərində 11 yol qəzası baş verib 6 ölü, 19 yaralı


Azərbaycanda istirahət günləri yol qəzaları zamanı 6 nəfər ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 28-də Azərbaycanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölmüş, 9 nəfər yaralanıb.

İyunun 29-da isə Azərbaycanda 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Nailə İbrahimqızı