backend

Qazax rayon ƏƏSMM-nin direktoru iddialara cavab verdi

Qazax rayon ƏƏSMM-nin direktoru iddialara cavab verdi
























Yasin Mürsəlov: “Mən tənqiddən nəticə çıxarmağı sevən adamam”

Etiraf edək ki, Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin olunandan sonra bu sahədə baş verən ciddi qanunsuzluqlar, korrupsiya və rüşvətxorluq halları aradan qaldırılmaqdadır. Əsas səbəb nazirlikdə mühüm islahatlara başlanması və onun uğurla həyata keçirilməsidir.

ƏƏSMN-nin Qazax rayon mərkəzi də həyata keçrilən bu islahatlardan kənarda qalmayıb. Bir müddət öncə mərkəzdə rəhbərlik dəyişilmiş, burada şəffaflıq, ciddi nizam-intizam bərqərar olmuşdur. Mərkəzə təyin olunan yeni direktor öz fəaliyyətini qanunvericilik çərçivəsində qurmuşdur. Məhz mərkəzdə olan bu kimi dəyişikliklərdən sonra aztəminatlı ailələrə verilən ünvanlı social yardımlar öz sahiblərinə vaxtında çatdırılır. Əməkdaşımız bu günlərdə mərkəzdə olmuş, görülən işlər barədə yerindəcə tanış olmuşdur. O, həmçinin mərkəzin direktoru Yasin Mürsəlovla da geniş söhbət etmişdir. Qeyd edək ki, Y.Mürsəlov mətbuatımızla, onun problemləri ilə tanış olan bir adamdır. Geniş oxucu kütləsi üçün maraq kəsb edəcəyini nəzərə alıb onunla apardığımız söhbəti ixtisarla təqdim edirik.

- Yasin müəllim, sizin rəhbərlik etdiyiniz mərkəzdə əvvəllər baş vermiş bəzi neqativ halların mövcudluğu və onları doğran səbəblər barədə danışdıq. Ancaq haqqınızda yayılan bəzi informasiyaların həqiqətə nə dərcədə uyğun olub - olmadığını da aydınlaşdırmaq yerinə düşərdi.

- Yenə təkrar edirəm, iş olan yerdə təbii nöqsan da var. Bizim mərkəzdə qismən də olsa hələ də bəzi problemlər var və biz bu nöqsanları aradan qaldırmaq üçün gücümüzü səfərbər etmişik. Qeyd edim ki, mən 2010-cu ilin aprel ayında DSMF-da aparıcı məsləhətçi işləmişəm. 2013-cü ilin oktyabrında isə DSMF-da müdir müavini, sektor müdiri işləmişəm. Daha sonra 2014-cü ilin yanvar ayından ƏSMM-in direktoru vəzifəsinə irəli çəkilmişəm. Mən bu vəzifəyə təyin olunandan sonra mərkəzdə ciddi işlər həyata keçrilib. Mənə göstərilən etimadı yeksək səviyyədə doğrultmağa çalışıram. Hər halda nələrə nail olmuşasa bunu lazimi adamlar özləri bilir. Bundan sonra da bu istiqamətdə geniş işlərin görüləcəyi şübhəsizdir.

- Yasin müəllim, etiraf edək ki, tənqidin də işə xeyri böyükdür.

- Təbii, mən tənqiddən nəticə çıxarmağı sevən adamam. Bunu işçi kollektivimiz də təsdiqləyə bilər. Lakin, qərəzli, əxlaqa sığmayan, heç bir fakta söykənməyən tənqid tənqid deyil, şantajdır. Əslində bu gün azad mətbuat dediyimiz bəzi mətbu orqanlar nədənsə əsl jurnalistikanı yox məhz bu yolu tuturlar. Mən belə yazıları bir ziyalı kimi oxumuram. Lakin bu cür məlumatların yayılması istənilən halda ləyaqətə təhqirdir. Məsələn, “Bizim dövr” qəzetinin 2 iyul 2014-cü il tarixli sayında Rəşad imzası ilə rəhbərlik etdiyim mərkəzin nüfüzuna xələl gətirən böhtan xarakterli yazı dərc edilmişdir. Belə ki, qəzetdə güya Qazax ƏSMM-də korrupsiya hallarının və digər mənfi halların baş alıb getdiyi qeyd olunur. Nəzərinizə çatdırıram ki, bu böhtanlar heç bir əsasa söykənmir, yalan və qərəzlidir. Belə ki, vətəndaşlara verilən plastik kartlar “Kapital bank” tərəfindən tam şəffaf şəkildə birbaşa vətəndaşların özünə imza etmə yolu ilə təqdim edilir. Qaldı ki, mənim Milli Məclisin deputatı Əhməd Vəliyevlə qohumluq əlaqələrimə, bildirirəm ki, bu ağ yalandır mənim onunla heç bir qohumluq əlaqəm yoxdur və mən “Odlar Yurdu” Universitetini deyil, Azərbaycan İqtisad Universitetini bitirmişəm. Qeyd edim ki, həmin yazıda elə böhtanlar yer alıb ki, bizim mərkəzin işgüzar nüfuzuna və əməkdaşlarımızın şərəf və ləyaqətinə xələl gətirir. Hər bir məqalə dərc olunarkən hərtərəfli araşdırılmalı, qarşı tərəfin mövqeyi öyrənilməli və sonra çap olunmalıdır. Mən barəmizdə yazı dərc edən qəzetin rəhbərliyinə məsləhət görərdim ki, həmin yazıya təkzib versin. Əks təqdirdə qanunvericiliyin tələblərinə müvadiq olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq.

- Ola bilərmi ki işinizdəki nailiyyətlər kimlərsə tərəfindən qısqanclıqla qarşılanıb və bu hadisə həmin qısqanclığın nəticəsidir?

- Bəli mən bu fikirlə birmənalı şəkildə razılaşıram. Mənim bu mərkəzə təyin edildiyim vaxtdan burada köklü surətdə dəyişikliklər başlayıb. Hələ tezdir, lap yaxın gələcəkdə gördüyümüz işin nəticəsin praktik olaraq hamı görəcəkdir.

Söhbətləşdi:

Mübariz