backend

Göyçayda bələdiyyə sədri özünü asdı

Göyçayda bələdiyyə sədri özünü asdı





















İntihara səbəbin rayon rəhbərliyinə vermək üçün götürülmüş borc olduğu deyilir

Göyçayda rayonun Çayarxı, Hacalıkənd və Qarabaqqal kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri Mahmud Bayram oğlu Şıxməmmədov intihar edib. Bu barədə Göyçaydakı mənbələrin qaynarxett.az-ya verdiyi məlumata görə, 2009-cu ildən bələdiyyə sədri olan Mahmud Şıxməmmədov yaşadığı Çayarxı kəndində, həyətindəki tövlədə özünü asıb.
Bələdiyyə sədrinin borc üzündən intihar etdiyi bildirilir. Yayılan söz-söhbətə görə, Mahmud Şıxməmmədov rayon rəhbərliyinin tələb etdiyi hansısa ödənişlərə görə borca girib. Borc sahibləri də pulunu tələb edirmiş. Aldığı borcları qaytara bilmədiyini görən Mahmud Şıxməmmədov intihara əl atıb.
Mərhum Mahmud Şıxməmmədov hadisədən bir gün əvvəl istintaqa çağırılıb. Bundan sonra bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, ancaq götürə bilməyib. Məlumatda o da qeyd olunur ki, bələdiyyə sədrindən külli miqdarda pul tələb oldunub. Bu məbləğin, hətta 30-50 min manat civarında olduğu iddia edilir.