backend

FAKTLAR ÖZ ƏKSİNİ TAPMADI - TƏKZİB



Qaynarxett.az saytının 24.11.2019-cu il tarixdəki sayında "Sumqayıt Gimnaziyasında NƏ BAŞ VERİR - Gözü kor edilən məktəbli qız, pensiyasını ala bilməyən tərbiyəçi-müəllimə...." sərlövhəli tənqidi yazı dərc olunmuşdu. Araşdırma zamanı məlum oldu ki, noyabr ayının 5-də Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada 7 a sinif şagirdi Nuriyeva Rəfiqə Elbrus qızının tarix dərsi zamanı döyülmə faktı ilə bağlı mətbuatda yayılan informasiya öz təsdiqini tapmayıb.

Belə ki, şagirdin atası Elbrus Nuriyevin verdiyi məlumata görə, anadangəlmə nitqində qüsur olan, həmçinin psixoloji problemləri olan Rəfiqə Nuriyeva həmin gündən əvvəldə evdə özünü yaxşı hiss etməyib, buna baxmayaraq uşağı dərsə aparıblar: “Rəfiqə heç bir fiziki zorakılığa məruz qalmayıb, hirsli olduğumdan ilkin olaraq uşağımın məktəbdə döyüldüyünü bildirdim”.

Gimnaziyada olduğumuz zaman orada həqiqətəndə həm direktor Ayət Kərimova, həm də müəllim kollektivinin şagirdlərə necə qayğı göstərdiklərini şahidi olduq. 24 ildən yuxarı gimnaziyada çalışan Ayət Kərimova Rəfiqə Nuriyevanın qardaşınında onların məktəbində təhsil aldığını bildirdi: “Bizim məktəb internat tipli olduğundan şagirdlərin bəziləri həftənin 5 gününü gimnaziyada qalır, həm qidalanırlar, həm də təhsil alirlar. Dövlətimiz tərəfindən məktəbimizə yüksək səviyyədə diqqət, qayğı var.

Bu təhsil müəssisəsində döyülmə faktından ümumiyyətlə söhbət gedə bilməz, bu günə kimi gimnaziyanın adı ancaq şagirdlərin olimpiadalarda, idman yarışlarında yüksək nailiyyətlər qazanması ilə yadda qalıb. Sumqayıt şəhər uşaq xəstəxanasının sorğumuza verdiyi cavabda da göstərilir ki, Rəfiqə Nuriyevaya “Üz sinirinin nevriti” diaqnozu qoyulub. Hazırda xəstəxanada stasionar müalicəsini davam etdirir.

Şagird xəstəxanaya daxil olan zaman onda heç bir xəsarət aşkar edilməyib. Həm mən, həm də kollektivin müəllim heyəti Rəfiqəni xəstəxanada ziyarət edib və diqqətimiz daim üzərindədir. Yaxın zamanlarda da şagirdimizin sağalıb dərsə gəlməyini arzulayırıq”.

Xəstəxananın baş həkimi Müşfiq Məmmədli də Rəfiqə Nuriyevanın daxil olan anından bütün tibbi prosedurlardan keçdiyini qeyd etdi. Həmçinin uşağın gözünün 30 faiz görməsi ilə bağlı iddialara da aydınlıq gətirdi: “Göz həkimi müayinə edib, uşaqda sadəcə göz qapağı sallandığından görməsində müvəqqəti olaraq müəyyən qədər problem yaranıb. Bildirək ki, göz qapağının sallanması “Üz sinirinin nevriti” xəstəliyinin əlamətidir və müalicə dövründə tam sağalacaq. Yəni şagird məktəbdə nə döyülüb, nə də ki, gözü kor edilib”. Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğundanda mövqe öyrəndik. Prokurorluqdan bildirdilər mətbuatda gedən xəbərlə bağlı dərhal araşdırma aparılmış və göstərilən faktlar öz təsdiqini tapmamışdır.


Qaynarxett.az