backend

AMİP bələdiyyə seçkiləri ilə bağlı bəyanat verdi

AMİP bələdiyyə seçkiləri ilə bağlı bəyanat verdi















Dekabrın 23-də ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyası bəyanat verib. Bəyanatda keçirilən seçkilər kəskin şəkildə pislənilib. Qeyd olunub ki, bu cür seçkinin keçirilməsi Azərbaycanı beynəlxalq təşkilatların dəstəyindən məhrum edə bilər.

Bəyanatda deyilir: "Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycanda 23 dekabr 2014 –cü il keçirilmiş bələdiyyə seçkilərinə münasibət bildirərək qeyd edir ki,
-Ölkədə 4-cü dəfə keçirilmiş bələdiyyə seçkilərində seçkiöncəsi fəallığın digər illərdəki seçkilərlə müqayisədə kəskin şəkildə aşağı olması,
- Yerlərdə əhali arasında nüfuzu olan insanların bu proseslərə qatılmaqdan imtina etməsi,
- Qeydə alınmış namizədlərin təbliğat-təşviqat kompaniyasında demək olar ki, iştirak etməməsi ,
- Əhali ilə bu istiqamətdə maarifləndirmə işinin yarıtmaz olması,
-Seçki günü əhalinin səsvermədə son dərəcə passivliyindən istifadə edərək seçki bülletenlərin topa ilə qutulara atılması və seçicilərin müxtəlif məntəqələrdə təkrarən səs verməsi faktlarının mövcudluğu,
-Seçki dövründə yerli icra hakimiyyəti nümayəndələrinin proseslərə kobud müdaxiləsi və bir sıra digər pozuntular olmuşdur.
Bütün bunları nəzərə alaraq AMİP hesab edir ki, 23 dekabr 2014-cü il Bələdiyyə seşkilərinin nəticələri Azərbaycanda mühüm təsisat olan bələdiyyələrin daha da nüfuzdan düşməsinə, insanların bələdiyyələrə olan münasibətinin daha da neqativ olmasına gətirib çıxara bilər və gələcəkdə bu qurumun mövcudluğunu sual altında qoya bilər. Eyni zamanda Azərbaycanın öhdəlik götürüb təmsil olunduğu beynəxalq təşkilatların yanında insanların seçki hüququna müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da işğal altında olan ərazilərimizin geri qaytarılmasında ölkəmizi beynəlxalq dəstəkdən məhrum edə bilər.