backend

Rasim Balayevi özündən çıxardılar: “Səviyyəsiz...”

Rasim Balayevi özündən çıxardılar: “Səviyyəsiz...”

Xalq artisti, tanınmış aktyor Rasim Balayev ümidsizliyə qapılıb.

Publika.az-a açıqlama verən aktyor yaxşı heç nə gözləmədiyini deyib:

“İstirahət etməkdən yorulmuşam. Adam nə qədər dincələr? İşləmək, filmə çəkilmək istəyirəm. Amma boşluqdur. Bu günlərdə yenə də bir səviyyəsiz filmə dəvət etdilər. Mən də axıra qədər sözümün üstündə duracam, getməyəcəm. Səviyyəli filmlərin də çəkiləcəyinə ümid etmirəm. Azacıq ümidim vardı, indi bütün ümidlərim də ölüb. Bəzən hərəkətsizlikdən, filmsizlikdən bezirəm, avtomobilə minib hara gəldi gedirəm. Nə qədər gözləmək olar?”