backend

Son anda: TÜRKİYƏ QANA BOYANDI - Yaralananlar 50-yə catdı

Son anda: TÜRKİYƏ QANA BOYANDI -  Yaralananlar 50-yə  catdı

ürkiyənin Van şəhərindəki terrorla bağlı yeni məlumatlar gəlib.

Publika.az Türkiyə mediasına istinadən bildirir ki, Van valiliyi 2-i polis, 46-ı mülki şəxs olmaqla 48 nəfərin yaralandığını açıqlayıb.

***

Partlayış nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Van polis müdiri bildirib.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

***
AKP-nin Van millət vəkili partiyanın qərargahına qarşı bir hücumun olduğunu bildirib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, o, partlayış nəticəsində ölən şəxsin olmadığını, 11 yaralının olduğunu deyib.

O, yaralıların vəziyyətinin ciddi olmadğını bildirib. Partlayış minalanmış avtomobillə törədilib.

Patlayəş nəticəsində ətrafdakı binalar zərər görüb. Partlayışdan sonra yaranan yanğının söndürülməsi üçün əraziyə TOMA-lar cəlb olunub. İkinci bir partlayışın baş vermə ehtimalı ilə əlaqədar əraziyə kənar şəxslərin yaxınlaşmasına icazə verilmir. Əraziyə bütün giriş-çıxışlar bağlanılıb.
***

Türkiyənin Van vilayətindən Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə valilik binası arasındakı ərazidə güclü partlayış baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində çoxlu insan yaralanıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım qrupları cəlb edilib. Partlayışın səbəbi barədə hələlik informasiya yoxdur.