backend

Referendumdan sonra bu nazirlər istefaya göndəriləcək -SİYAHI

Referendumdan sonra bu nazirlər istefaya göndəriləcək -SİYAHI

Sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən sonra radikal kadr islahatları gözlənilir

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, ilk növbədə hökumətin iqtisadi blokuna daxil olan nazirlərin istefaya göndəriləcəyi gözlənilir: Bu sırada maliyyə naziri Samir Şərifovun, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, vergilər naziri Fazil Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin adı gəlir.

Bundan başqa, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun da istefası gündəmdədir: Mərkəzi Bankın sədri nazirlərlərdən fərqli olaraq birbaşa təyin edilmir. Mərkəzi Bankın sədrini prezidentin təqdimatı ilə Milli Məclis təyin edir. Ancaq bu ona toxunulmazlıq statusu vermir. Ölkədə kəskin devalvasiyanın əsas günahkarlarından biri də E.Rüstəmov hesab edilir.

Mənbənin məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarovun adı da qara siyahıdadır: Siyasi hakimiyyət "diplomat qiyamlarını" XİN başçısına bağışlamaq niyyətində deyil.

İlin sonuna qədər daha sürpiz istefaların şahidi ola bilərik: "Kadr dəyişikliyi kardinal şəkildə aparılacaq. Hakimiyyətin kadr islahatlarının əsas hədəfi oliqaxiyanın siyasi sistemdən kənarlaşdırılması və hakim komandanı texnokratlar hesabına yeniləməkdir. Bu baxımdan da hesab etmək olar ki, siyahıda indi proqnozlaşdırılması mümkün olmayan şəxslər də ola bilər" - deyə mənbə vurğulayıb.