backend

SON DƏQİQƏ: Bakıda etiraz aksiyası - “Ölümü gözləyəcəyik”

SON DƏQİQƏ: Bakıda etiraz aksiyası - “Ölümü gözləyəcəyik”

Xəbər verildiyi kimi sentyabrın 14-dən bir qrup şikayətçi Baş Prokurorluq qarşısında aclıq aksiyasına başlamışdı

Ailələrinə qarşı törədilmiş cinayətlərin ciddi araşdırılmaması, problemlərinin həll edilməməsi və məhkəmələrin işə düzgün baxmamasından narazı 15 şikayətçi gecəni Baş Prokurorluq qarşısında keçirmişdi. Baş prokuror Zakir Qaralovun müdaxiləsindən sonra aksiya dayandırılmış və sentyabrın 19-na qədər məsələyə baxılacağı bildirilmişdi.

Şikayətçilərdən Aliyə Təmrəzovanın Cebhe.info-ya verdiyi açıqlamaya görə, məsələ həllini tapmadığından şikayətçilər növbəti dəfə Baş Prokurorluğun binası qarşısına toplaşıb: “Bizə söz verilmişdi ki, 5 gün müddətində şikayətimizə baxılacaq.

Ayın 19-u axşama qədər binanın qarşısında dayandıq. Bizi Rüstəm Usubov qəbul etdi. Bir neçə gün ərzində bizə cavab veriləcəyi bildirildi. Amma biz artiq cavab gözləmədən ölüm aclığına başlayacağıq. Gələn həftədən aksiyanı qapalı şəkildə, xüsusi mənzildə keçirəcəyik. Qapını arxadan bağlayıb heç kəsi içəri buraxmayacağıq”.