backend

TƏCILI: Qarabağda qanlı RAKET SAVAŞI - Ermənistan vurulacaq!

TƏCILI: Qarabağda qanlı RAKET SAVAŞI - Ermənistan vurulacaq!

Ermənilərin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsini keçirilməsindən sonra Ağdamın xarabalıqlarını belə yandıran düşmən ordusu sülh yox, müharibə istədiyini bir daha bəyan etdi.

Sentyabrın 22 də keçirilən təlimlərə 5 mindən artıq hərbi qulluqçu, 100-dən artıq tank və artilleriya qurğuları cəlb olunub.

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, qonşu rayonların ərazilərindən belə eşidilib.

Miq.Az xəbər verir ki, "Aprel döyüşləri”nin ssenarisi əsasında keçirilən təlimlərdə müdafiə və əks-hücum taktikasından istifadə olunub.


TƏCILI: Qarabağda qanlı RAKET SAVAŞI - Ermənistan vurulacaq!
Düşmən tankları Ağdam rayonunda-Təlimdə

Bir sözlə, cəbhə xəttində müharibəyə hazırlıq gedir. Azərbaycan və Ermənistanın silah nümayişlərinin ardınca Müdafiə Nazirimizin generallarla toplantısı vəziyyətin ciddiliyindən xəbər verdi. Verilən məlumata görə, bu yığıncaq birbaşa prezidentin tapşırığı ilə olub. Müdafiə naziri Zakir Həsənovun hamını düşməni məhv etmək üçün hazır olmağa çağırması bir daha sübut etdi ki, müharibənin başlanacağı qaçılmazdır.

Müşavirədə habelə müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki (!) strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaq üçün müvafiq əmrlər verib. Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.
TƏCILI: Qarabağda qanlı RAKET SAVAŞI - Ermənistan vurulacaq!
Qarabağ müharibəsi yenidən alovlanacaq

4 günlük müharibədən sonra bu tipli bəyanatın verilməsi, və generalların paytaxta toplaşaraq müdafiə nazirindən bu tapşırıqların alınması regionda düşmənin Azərbaycana qarşı mənfur planının olmasından xəbər verir. Aprel savaşından sonra danışıqların nəticəsiz qalması və Rusiyanın 5 rayonun qaytarılmasında təşəbbüskarlığı da sübut edir ki, Qarabağ müharibəsi yenidən alovlanacaq. Bəs prezidentin göstərişi ilə təcili xidməti müşavirəyə toplaşan müdafiə naziri Zakir Həsənov və ordunun generalları hansı sonrakı addımları müəyyən ediblər? Ermənistanın "İsgəndər”ləri İrəvan küçələrinə çıxarıb bu raketlərin Dağlıq Qarabağın müdafiəsinə xidmət edəcəyini təntənə ilə elan etməsinə qarşı Azərbaycanın hərbi planda görə biləcəyi tədbirlər nədən ibarət ola bilər?

Ermənilərin "İsgəndər-M” raketinə cavav -"Zərbə”
TƏCILI: Qarabağda qanlı RAKET SAVAŞI - Ermənistan vurulacaq!

Müdafiə Sənayesi Nazirliyi "Şərq” İstehsalat Birliyinin "AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik "Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı oldu.

Həm Zakir Həsənovun açıqlaması, həm də eyni gündə İlham Əliyevin Azərbaycan hərbi-sənaye kompleksinin istehsalı olan "Zərbə” pilotsuz uçuş aparatlarına baxış keçirməsi Ermənistanın "İsgəndər” raketlərinin nümayişinə verilən cavablar idi".

"Zərbə" pilotsuz döyüş sistemləri İsrailin "Elbit Systems" şirkəti ilə birlikdə istehsal olunur.
Bunlar aprel döyüşlərində ilk dəfə tətbiq olunan "Harop" pilotsuz döyüş aparatlarının analoqudur. Ermənistanda isə formal müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda keçirilən hərbi paradda gözlənildiyi kimi Rusiyadan alınan "İsgəndər-M” operativ-taktiki raketləri və "Smerç” reaktiv yaylım atəşi sistemləri nümayiş etdirilib.

Azərbaycana qarşı hərbi təhdid


Müşavirədə habelə müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki (!) strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaq üçün müvafiq əmrlər verib. Nazir xüsusi vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.


Nazirin bu əmri o deməkdir ki, ölkəmizə qarşı Ermənistan tərəfdən hansısa təhlükə gözlənilir. Belə olduğu təqdirdə, nəinki Qarabağdakı erməni qüvvələrinin baza və obyektləri, eləcə də bütün Ermənistan ərazisindəki strateji və hərbi təyinatlı obyektlər Azərbaycan kəşfiyyatının diqqət mərkəzində olacaq, raketlər bu obyektlərə tuşlanacaq.


Azərbaycan raket təlimləri keçirir

Dünən -sentyabrın 26-da Silahlı Qüvvələrin raket və artilleriya qoşunlarının birləşmələri döyüş atışlı təlimləri keçirilməsinin planda olub-olmadğını dəqiq bilməsək də, bildiyimiz odur ki, təlim müdafiə naziri Zakir Həsənovun şəxsən təsdiqlədiyi döyüş hazırlığı planına əsasən düzənlənib.

Artilleriya təlimləri səhra şəraitində həyata keçirilib. Tədbir zamanı bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.

Optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə də xüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib.
Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Düşmən raketləri yerində məhv edilməlidir

Raket təhlükəsini neytrallaşdırmağın ən effektiv metodu həmin raketləri start meydançasında, yaxud dislokasiya olunduğu bazada məhv edə bilməkdir. Məsələn, İsrail İranın ballistik raket hədələrinə qarşı məhz bu metod üzrə hazırlıqlar aparıb. İsrail hərbçiləri əvvəllər dəfələrlə deyiblər ki, əgər İran ballistik raketləri start meydançasına çıxarsa onlara birinci zərbə elə orada endiriləcək. Bu zərbədən yayınıb havaya qalxmağa imkan tapan raketlərə qarşı isə İsrailin güclü raketdən müdafiə sistemi döyüşə girməliydi.
Qarabağda qanlı RAKET SAVAŞI başlayacaq - Ermənistan vurulacaq!
Azərbaycanın bu gün raket təlimləri keçirməsi də düşmən ölkənin Azərbaycana təhdid yaratmasına qarşı bir növ hazır olması da demək olar.
TƏCILI: Qarabağda qanlı RAKET SAVAŞI - Ermənistan vurulacaq!
Azərbaycan ordusu bu dəfə Ermənistan ərazisini də vuracaq

Ermənistanın Rusiya istehsalı olan "İsgəndər” raketlərinə malik olması xəbərinin yayılmasına kəskin reaksiyanın Azərbaycan XİN-dən deyil, Müdafiə Nazirliyindən gəlməsi maraq doğurmaya bilməz: "Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq”".

Bu gün Ermənistanın Azərbaycan əsgərinin qarşısına çıxarmağa mükəmməl ordusu yoxdur. Bunu Ermənistan ictimayyəti ilə yanaşı, dünya birlikləri də gözəl bilir. Aprel əməliyyatında bütün dünya bunu gördü və dərk etdi ki, Azərbaycan və Ermənistan arasında hərbi balans müqayisə olunmaz dərəcədə Azərbaycanın xeyrinədir. Düşmən ölkənin vətəndaşları arasında hərbi-vətənpərvərlik ruhu da sıfır səviyyəsindədir. Amma bu dəfə müharibə başlasa, söhbət konkret Dağlıq Qarabağ və işğal olunmuş ərazilərdən getməyəcək. Əgər Müdafiə naziri Zakir Həsənovun "Azərbaycan üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmalıyıq” ifadəsinin düşünülmüş şəkildə hərbi bəyanat formasında verməsi o deməkdir ki, cəbhə bölgəsində gələcək toqquşmada Ermənistan "İsgəndər” raketlərindən istifadə etsə, Azərbaycan ordusu bu dəfə bütün Ermənistan ərazisini vuracaq! Çox güman ki, əgər Qarabağ savaşı yenidən alovlansa, onda bütün Ermənistan Azərbaycan raketlərinin "yağış"ı altında qalacaq. Bir sözlə, bölgədə raket yarışması heç də ürəkaçan məsələlərdən xəbər vermir. Belə getsə, çox da uzaq olmayan gələcəkdə Qarabağda yenidən müharibə alovunun şahidi olmaqla yanaşı, həm də iştirakçısı olacağıq. Havadan raket savaşının qoxusu gəlir, cənablar!