backend

Məşhur güləşçimiz haqda şok xəbər: İŞİD-in tərkibində öldürüldü

Məşhur güləşçimiz haqda şok xəbər: İŞİD-in tərkibində öldürüldü












Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb. Lent.az-ın məlumatına görə, Rusiya mətbuatı iddia irəli sürüb.

Xəbərə görə, Çamsulvara İraqda İŞİD sıralarında döyüşürmüş. O, İraqa getdikdən sonra adını dəyişibmiş və “Al Bara” adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.