backend

İlin sonunadək manat kəskin ucuzlaşacaq - Təhlükənin anonsu verildi

İlin sonunadək manat kəskin ucuzlaşacaq - Təhlükənin anonsu verildi














FES rəhbəri dolların bahalaşacağını deyib

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) rəhbəri Janet Yellen Konqresdə çıxışında ilin sonuna qədər uçot dərəcəsinin artırılacağını dedi. Məlumdur ki, FES uçot dərəcəsini artırdıqda bütün dünya valyutaları kimi manat da buna tez reaksiya verir. Onsuz da bazarda manata qarşı kifayət qədər təzyiqlər var. FES uçot dərəcəsini artırsa manat üçün daha çətin vəziyyət yaranacaq. Ölkədə iqtisadi tarazlığın olmadığı üçün milli valyuta zəifləyir və təzyiqlərə davam gətirə bilmir.

FES uçot dərəcəsini artırsa manat kəskin ucuzlaşacaq. Çünki, onsuz da ölkədə stabil iqtisadiyyat, maliyyə bazarı yoxdur. Birinci, dolların bahalaşması bütün valyutalara təsir edəcək, bizlə qonşu olan ölkələrin də milli valyutaları zəifləyəcək, bu da manata təzyiqi artıracaq. İkinci, dollar bahalaşdıqca, xammal qiymətləri düşəcək, yəni, neft ucuzlaşacaq. Bir sözlə, Jannet Yellenin verdiyi qərar manata da təsirsiz ötüşməyəcək, manatın addım-addım dəyərdən düşməsi davam edəcək.

Manatın ucuzlaşması başlayır

Bir müddət öncə ekspertlər uçot dərəcəsinin artırılması ehtimalını çox aşağı dəyərləndirirdilər. Amma FES rəhbərinin də açıqlamasından sonra bəlli oldu ki, dolların uçot dərəcəsinin artırılmasında maraqlı olduğunu bir daha ifadə etdi. Bu da artıq dünya birjalarında hiss olunur. Dünya valyutalarında dollara qarşı ucuzlaşma hiss olunur. Uçot dərəcəsinin sabit saxlanılmasına baxmayaraq FES rəhbərinin “uçot dərəcəsi ilin sonuna qədər artacaq” deməsindən sonra dünya iqtisadiyyatı buna ilkin raksiyasını verdi. Manat üçün də vəziyyət ürək açan olmayacaq. Süni aparatlar hesabına bahalaşan manat yenə də ucuzlaşmağa başlayacaq. Bu dəfə isə tendensiya davamlı olacaq. Bunun qarşısını almaq üçünsə iqtisadi riçaqlar kifayət etmir. Atılan addımlar isə heç bir nəticə vermir. Çünki ölkədə dollar qıtlığı hökm sürür. Ölkədə dollar qıtlığını aradan qaldırmaq üçünsə hökumət yalnız neftin qiymətinə ümid edir. Amma ekspertlər neftin qiymətindən heç də ümidverici danışmır. Belə ki neftin qiymətinin ən yüksək həddi-55 dollar nəzərdə tutulur. Bu da manatın dayanıqlığını təmin etməyə kifayət etmir. Hökumətin iqtisadi riçaqlardan düzgün istifadə etməməsi, tədiyyə balansında azalma, daxili istehsalın olmaması vəziyyəti tam çətinləşdirir.

Çox güman ki, FES cari ilin sonuna qədər uçot dərəcəsini artıracaq. Çünki FES rəhbəri artıq bununla bağlı bazarlara, birjalara konkret bir mesaj verdi. Növbəti toplantıda faiz artımının olması ehtimalı yüksəkdir. Amma hər şey ola bilər. FES-in faiz artımı mesajını verməsinin özü belə birjalarda çox ciddi tələtümlər yaradacaq. Bununla da dolların bahalaşmasına start veriləcək. Bunun özü də həm qonşu ölkələrin valyutalarına təsir edəcək, həmçinin də Azərbaycana da təsirsiz ötüşməyəcək. Amma hər-hansı kəskin qərarların verilməsini gözlənilmir. Ən azından indi hökumət buna getməyəcək. Yüngül formada manatın dəyərdən düşməsi prosesi yenidən başlayacaq.

Manatın ucuzlaşması davamlı olaraq, mərhələli şəkildə gedəcək. Manatın son günlərdə nisbətən dəyər qazanması uzun sürməyəcək. Ancaq FES rəhbərinin bu açıqlaması manatın ucuzlaşmasında yeni bir mərhələ olacaq və biz manatın növbəti günlərdə ucuzlaşmasını müşahidə edəcəyik.