backend

Kürdəmir Suvarma Sistemləri İdarəsindən ŞOK FAKTLAR - Cənab Prezidentin və Zaur Mikayılovun nəzərinə




Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri

cənab Zaur Mikayılova

Surəti: “İntertv.az” xəbərlər departamentinin rəhbəri cənab Zəmanət Əzimova

Kürdəmir rayonu, Carlı kəndin bir qrup sakinləri adından

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli cənab sədr Zaur Mikayılov!

Biz bir qrup kənd əhalisi aşağıda imza edənlər yazıb sizin nəzərinizə çatdırırıq ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinə rəhbərlik edən müdirlər və onların sağ əli olan ortada yeyib qırağda gəzən Əliyev Ağaisa haqqında qanunsuz işlər gördükləri barədə hansı idarə və təşkilatlara müraciət etsək də onlar haqqında heç bir tədbir görülmür.

Hörmətli Zaur müəllim! Mən Məmmədov Qasım Həsən oğlu bu şikayət məktubumda əvvəl sizə aşağıda göstərilən faktlar barəsində şikayət məktubu yazmışdım və göstərmişdim ki, mən bura yazdıqlarımı şəxsi qərəzlik zəmnində və yaxud da nəyinsə xatirinə yazmışam və göstərmişdim ki, bunların videolarında sizə göndərə bilərəm, həmin faktlardan birincisi ondan ibarətdir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəhbəri çox uzaq görən olduqları üçün Kür çayında suyun azalmasını hiss edən kimi Kürdəmir rayonu Carlı kənd əhalisinin əkin sahələrinin suvarılması üçün qurulmuş su nasoslarının borularını kəsib aparmazdılar.

Hörmətli Zaur müəllim, həmin faktlardan ikincisi ondan ibarətdir ki, dövlətin vəsaiti hesabına bərbad halda çəkilmiş beton asma latoklar neçə aylardır ki, yolunu gözlədiyi sudan ötrü dodaqları çat-çat olub, əfsuslar olsun ki, yaşan yağışlarla onların susuzluqdan çatlamış yerindən göz yaşı kimi axıb yerə tökülür.

Hörmətli Zaur müəllim, faktların üçüncüsü ondan ibarətdir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəhbər işçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamının əksinə çıxaraq su latoklarını ləğv elətdirib, Carlı kənd əhalisinin mal-qarasının örüş yolunu kəsərək pul xatirinə Kürdəmir rayon Çöhranlı kənd bələdiyyəsinin örüş sahəsində qanunsuz əkilmiş əkin sahələrinin suvarmaq üçün neçə hektarlarla torpaq sahəsini zədələyərək kollektor kanalı çəkdirmişdilər. Necə ola bilər ki, neçə illərdir ki, Carlı kənd əhalisi əkin

sahələrini həmin latoklar vasitəsi ilə suvarırdılar, indi suvara bilmirlər. Ona görə ki, bütün bunların günahkarı Kürdəmir Suvarma Sistemləri İdarəsidir. Bizim Carlı kəndi 27 ildir ki, torpaqlar islahatına gedib, biz görməmişik ki, bu 27 ildə su idarəsi bir latokun təmir eləsin, kanal təmizləsin, bu işlərin hamısına zəhmətkeş kütlə öz cibi hesabına elətdirib. Bu da Carlı kənd sakinlərinin əkin sahələrinin suvarılmasına ciddi maneçilik törədir və əhali arasında haqlı narazılıq yaranmasına səbəb olur.

Hörmətli Zaur müəllim, siz baxın görün Kürdəmir Suvarma Sistemləri İdarəsinə təyin olunan rəhbərlərin günahı ondadır ki, onlar ancaq oturduqları kreslodan bərk yapşırılar və hansı ərazilərə xidmət etdiklərini bilmirlər. Və həmin əraziləri gedib gəzmirlər və Əliyev Ağaisa heç bir yeri qurtarmayıb və heç bir diplomu yoxdur, onların sağ əli olaraq onların qaranlıq çirkli işlərini görür. Əliyev Ağaisa və digərlərin əli ilə saxta işlər görürlər. Mən sizə bir faktı göstərim. Bu faktlardan biri Kürdəmir Suvarma Sistemləri İdarəsində 2 ədəd qoşqu, yəni (kanalkapatel) pul müqabilində kimlərə satılıb. Həmin kanalkapatel ilə bir kanalı 100-150 manata çəkirlər. Həmin qoşquların Kürdəmir Suvarma Sistemləri İdarəsinə qaytarmasında bizə öz kömək əlinizi uzatmağınızı xahiş edirik. Onsuzda Kürdəmir Suvarma Sistemləri İdarəsində rəhbərliyi və ətrafı özbaşınalıqdı, hamısı öz işlərinin xeyrinə çalışırlar, ciblərinə işləyirlər. Müraciət edən də deyirlər: “Get kimə istəyirsən şikayət et”.

Hörmətli Zaur müəllim Carlı kənd bir qrup sakinləri sizdən xahiş edir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəhbərliyini və onun ətrafı haqqında ciddi tədbir görülməsində bizə köməklik edəsiniz və əkin sahələrimizin su ilə təmin etmək üçün müvafiq orqanlara göstəriş verəsiniz.

Ümidvarıq ki, tezliklə bizim problemimiz həll olunacaqdır.

İmzalar:


Kürdəmir Suvarma Sistemləri İdarəsindən ŞOK FAKTLAR - Cənab Prezidentin və Zaur Mikayılovun nəzərinə
Kürdəmir Suvarma Sistemləri İdarəsindən ŞOK FAKTLAR - Cənab Prezidentin və Zaur Mikayılovun nəzərinə
Kürdəmir Suvarma Sistemləri İdarəsindən ŞOK FAKTLAR - Cənab Prezidentin və Zaur Mikayılovun nəzərinə