backend

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi gec də olsa reaksiya verdi - VİDEO



Biz dəfələrlə Respublikada, ən əsas da cənub meşələrində olan qiymətli ağacların kütləvi şəkildə kəsilib mebel sexlərinə işlik material kimi satıldığını xəbər portallarımızda faktlarla (fotoşəkil, video çəkiliş və s) ışığlandırmışdıq. Amma çox təəssüflər olsun ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və adiyyatı qurumlar isə bizim yazılara nə bir reaksiya verib, nə də hər hansı bir tədbir görürdü. Artıq meşələrimiz qırılıb talan olub (tükənib) . Bunlar əgər vaxtında tədbir görsəydilər o zaman bu qədər "meşə soyqırımlar"ı olmazdı.

Onu da qeyd edək ki, dəfələrlə Lerik, Şəki və Quba meşələrində ekologiya işçiləri ilə birlikdə orada kı, "yaşıl soyqırımlar"la bağlı çəkilişlər etmişik, amma çox təəssüflər olsun ki, hər hansı bir tədbir görülmədi.


2021-ci ilin payız ayı Şəki ərazisində olan sexlərdə ki, işlik materialların çəkilişlərin etmişdik. Hansı ki, Şəkidə ki, sexlərdə çəkdiyimiz materiallar bir neçə gün öncə cənubda tutulan işlik meşə materiallarlndan qat-qat çox idi.


Şəkidə sexlərdə çəkdiylərimizi 7 saylı Regioal Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Namiq Yusif saxta yolla "don" geyindirərək saxtalaşdırdı. Bir neçə dəfə xəbər potallarımızda Hirkan Milli Parkında olan qiymətli ağaclar kütləvi olaraq kəsilib Masallıda kı, sexlərə daşınması və Parkın torpaqları isə ev yeri kimi vətəndaşlara satılması barədə kifayət qədər məlumat verməmişdikmi?. Dövlət Qoruq və Milli Parklarda olan "ekoloji soyqırımlar"ı bir başa Ekologiya Nazirliyi və onun tabeliyində olan Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisini göstərişi ilə həyata keçirilmirmi?!


Necə olur ki, yuxarıda sözügedən qurumlar bir dəfə də olsun bizə hər hansı bir açıqlama verə bilməyiblər.

Bədən tərbiyə müəllimi, təqaüdə çıxmış hərbiçi baytar və s. gətirib meşə təsərrüfatlarına direktor vəzifəsinə təyin edən də axırı necə olmalıydı ki?.

Azerinfo.az xəbər portalının baş redaktorun Lerik və onun cənub zonası üzrə xüsusi müxbirin isə Masallı meşəsində "meşə mafiyası" tərəfindən döyüldü.


Neçə olur ki, bizim xəbər portallarımızda "ekolo soyqırımlar"ı və jurnalistlərin haqsız yerə iş başında döyülməsi ilə bağlı olanlara nə Ekologiya Nazirliyi, nə Baş Prokurorluq nə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi hər hansı bir münasibət bildirmədi. Masallı və Lerik ərazisində olan çay yataqlarında kı, qum, gil və qrabillərinin qazılıb satılmasın kifayət qədər faktlarla (videoçəkilişlərlə) xəbər saytlarımızda işığlandırmışdıq. Amma çox təəssüflər olsun ki, yuxarıda sözügedən dövlət qurumları tərəfindən bununla bağlı hər hansı bir addım atılmamışdır.

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.




PAYLAŞ: